Bütün xəbərlər
4 dekabr, 16:46

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası olub.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, iclasda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 2024-cü ilin son ayına qədəm qoyduğumuzu, bu ilin bütövlükdə dövlətimiz üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, eləcə də təhsil sistemində dinamik inkişaf əldə edildiyini vurğulayıb. Azərbaycanın cari ildə daha bir mötəbər tədbirə-BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə evsahibliyi etdiyini önə çəkən rektor ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində önəmli tədbirlərin gerçəkləşdirildiyini də bildirib. Son illərdə universitetdə dayanıqlı inkişafın təşviqi istiqamətində sistemli işlər aparıldığını, ətraf mühit strategiyası üzrə addımlar atıldığını fikirlərinə əlavə edən Yaqub Piriyev COP29 çərçivəsində açıqlanan “QS dayanıqlılıq reytinqi 2025”də BMU-nun ilk dəfə yer almasını mühüm nailiyyət kimi qiymətləndirib. Eyni zamanda il ərzində BMU tələbələrinin müxtəlif yarışmalarda, son olaraq III Beynəlxalq Kimya Olimpiadasında müvəffəqiyyət qazandığını deyib. 

Sonra qarşıda duran əsas vəzifələrdən danışan Yaqub Piriyev iclasın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Şurada maliyyə-təsərrüfat işləri üzrə prorektor Mikayıl Zeynalovun “Qış mövsümünə hazırlıq işlərinin vəziyyəti”, Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifovun “Memarlıq və inşaat fakültəsində tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili”, o cümlədən Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanovanın “Strategiya və keyfiyyət təminatı şöbəsinin fəaliyyətinin nəticələri haqqında” hesabatları dinlənilib. İclasda hər üç məsələ istiqamətində geniş müzakirələr aparılıb, irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla hesabatlar qəbul olunub.

Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda beynəlxalq akkreditasiya, IT ixtisaslarında tədris prosesinin daha effektiv təşkili məsələlərinə toxunulub, bununla əlaqədar aidiyyəti strukturlara müvafiq tapşırıqlar verilib.

Elmi Şurada şəhid ailəsinin üzvü olan, digəri isə maddi imkanı yaxşı olmayan 2 tələbənin yataqxana xərcindən azad edilməsi, eləcə də doktorant və dissertantların fəlsəfə doktorluğu üzrə dissertasiyası, bir sıra şöbələrin yeni əsasnamələrinin təsdiqi, Məzun Assosiasiyasının yaradılması barədə rəylər dinlənilməklə müsbət qərarlar qəbul edilib.

1 /7

Şərhlər

Xəbər lenti

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.