
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vakansiyaları təqdim olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Vakansiyalar üzrə müraciətlər məktəbəqədər təhsil müəssisələrinin tabe olduğu aidiyyəti yerli təhsili idarəetmə orqanında (Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrində) qəbul edilir.
Nəzərinizə çatdırırıq ki, vakansiyalara 2022-2023-cü tədris illərində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və müvafiq keçid balını toplayan namizədlər müraciət edə bilərlər.
Qeyd edək ki, vakansiyaya müraciət edən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər