
Azərbaycan İdman Akademiyasının 2024/2025-ci tədris ilində magistratura təhsil səviyyəsinin “İdman menecmenti” (tədris ingilis dilində) ixtisaslaşmasının 6 tələbəsi ikili diplom proqramı çərçivəsində təhsilini Böyük Britaniyanın Koventri Universitetində davam etdirmək imkanı əldə edib.
Bu barədə “Azərbaycan müəllimi”nə akademiyadan məlumat verilib.
Magistrantlarla görüşən akademiya rəhbərliyi tələbələri bu münasibətlə təbrik edərək onlara təhsillərində uğurlar arzu edib. Həmçinin görüşdə akademiyada tələbələr üçün yaradılan bu unikal təhsil imkanının üstünlükləri, gələcək perspektivlər, qazanılacaq beynəlxalq təcrübə və qlobal əmək bazarına uyğun səriştələrə yiyələnmək haqqında ətraflı danışılıb.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər