
Təhsil sahəsində karyerasını inkişaf etdirmək və ya müəllim kimi fəaliyyət göstərmək istəyən şəxslər üçün “Müəllim hazırlığı təlim proqramı” elan edilib.
ADA Universitetindən "Azərbaycan müəllimi"nə bildirilib ki, proqram tədris və öyrənmə, təhsil idarəçiliyi sahələrində inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Universitetdən verilən məlumata görə, təlimlər ingilis dilində aparılacaq və iştirakçılara pedaqoji bacarıqlarını inkişaf etdirmək imkanı yaradılacaq.
Təlimin cədvəlini təqdim edirik:
Birinci sessiya: 27-28 fevral, 16:00 - 19:00
İkinci sessiya: 6-7 mart, 16:00 - 19:00
Qeydiyyat üçün son tarix 25 fevraldır. Seçim prosesi əsasında namizədlər təlimlərə dəvət olunacaqlar.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat: ada.edu.az/training
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər