Bütün xəbərlər
8 avqust, 10:02

Avqustun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistratura səviyyəsi üzrə yeni təhsil proqramlarının yaradılması ilə bağlı onlayn iclas keçirilib.

ADPU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, iclasda çıxış edən universitetin rektoru professor Cəfər Cəfərov Təhsil ixtisasları işçi qrupunun magistratura təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarının hazırlanması prosesini uğrla tamamlayaraq Elm və Təhsil Nazirliyinə təqdim etdiyini, yaxın zamanda yekun sənədin təsdiq olunacağının gozlənildiyini diqqətə çatdırıb. Rektor prosesdə böyük rol oynayan ADPU-nun akademik heyət üzvlərinə təşəkkürünü bildirib.

Çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov qeyd edib ki, universitet kollektivinin böyük töhfəsi ilə magistratura səviyyəsində Pedaqogika ixtisaslaşması üzrə 34 ixtisaslaşmanın, həmçinin digər ixtisas qruplarında olan və ADPU-nun kadr hazırlığı həyata keçirdiyi 9 ixtisaslaşmanın yenilənmiş təhsil proqramları Elm və Təhsil Nazirliyinə təqdim edilib. İclasın məqsədi isə 2025/2026-ci tədris ilindən etibarən magistratura səviyyəsinin birinci tədris ilində tədrisin yaxın zamanda təsdiqlənəcəyi gözlənilən yeni təhsil proqramları əsasında aparılacağını nəzərə alaraq, ixtisaslaşmalar üzrə təhsil proqramını və tədris planını hazırlamaqla bağlı məsələlərin müzakirəsidir.

Daha sonra iclas ixtisaslaşmalar üzrə yenilənmiş təhsil proqramları əsasında ixtisaslaşmalar üzrə aidiyyəti strukturlarda müvafiq tədris planlarının hazırlanması, bu zaman diqqət edilməli məqamların müzakirəsi ilə davam etdirilib.

1 /3

Şərhlər

Xəbər lenti

3 sentyabr, 10:58

Gəncə–Daşkəsən regionunda 40 təhsil müəssisəsində infrastruktur yenilənib

3 sentyabr, 10:36

“Məktəbli könüllü” proqramına qoşulan şagirdlər nə əldə edəcəklər?

3 sentyabr, 10:12

Naxçıvana 170 mindən artıq dərslik gətirilib

3 sentyabr, 10:04

ADPU-da “Mexanikada yeni trendlər” I Beynəlxalq elmi konfrans başlayıb

3 sentyabr, 09:54

Azərbaycan ilə Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək

3 sentyabr, 09:30

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

3 sentyabr, 08:36

Ankarada Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin forumu keçirilir

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.