Bütün xəbərlər
17 fevral, 16:17

Fevralın 17-də Azərbaycan Dillər Universitetində (ADU) 2024-2025-ci tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, ADU-nun rektoru akademik Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibətilə təbrik edib. Qeyd olunub ki, ADU tələbələri bu il ilk dəfə olaraq pedaqoji və istehsalat təcrübəsini xarici ölkələrdə keçmək fürsətini əldə edəcəklər:

“Bu il tələbələrimiz ilk dəfə olaraq Türkiyədə, Belarusda təcrübə keçmək imkanına sahib olacaqlar. Bu tarixi bir hadisədir. Bu münasibətlə tələbələrimizi, müəllimlərimizi təbrik edirəm. İnanıram ki, pedaqoji və istehsalat təcrübəsinə yollanan tələbələrimiz uğurlu nəticələr əldə edəcəklər.

Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübəni Azərbaycanın bütün regionlarında həyata keçirməklə, yeni bir uğura imza atmış oluruq. Pedaqoji və istehsalat təcrübəsi tələbələrimiz üçün çox önəmli bir təhsil fəaliyyətidir. Burada müəllimlərimizin də üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, universitetimiz öz peşəkar müəllimləri və pedaqoji heyəti ilə bu işin  öhdəsindən uğurla gələcək”.

ADU-nun Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən Şəfəq Şahməmmədova pedaqoji və istehsalat təcrübəsinə yollanacaq tələbələrlə bağlı məlumat verib. Qeyd olunub ki, bu il pedaqoji təcrübə Azərbaycanın bütün regionlarında təşkil olunacaq. Tələbələrin pedaqoji təcrübəyə böyük marağından və diqqətindən söz açan Şəfəq Şahməmmədova yaradılan şəraitə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.

Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurov pedaqoji və istehsalat təcrübəsi ilə bağlı məruzə ilə çıxış edib. Bu il 1672 tələbə pedaqoji və istehsalat təcrübəsinə yollanacaq. Hər il olduğu kimi bu il də pedaqoji təcrübəyə yollanan tələbələrə xüsusi diqqət və qayğı göstərilir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova tələbələrin xaricdə təcrübə keçmələrini yüksək qiymətləndirib. ADU bu il ilk dəfə olaraq tələbələrini xarici ölkələrdə təcrübə keçmələri üçün şərait yaratmaqla, yeni elmi inkişafa təkan vermiş olub.

Konfrans tələbələrin  və müəllimlərin çıxışları ilə davam edib.

1 /1

Şərhlər

Xəbər lenti

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? — RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırılmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.