Bütün xəbərlər
4 mart, 15:36

Dünyada baş verən iqtisadi, texnoloji və sosial yeniliklər əmək bazarını da köklü şəkildə dəyişdirir. Bu dəyişikliklərə uyğun olaraq, ali təhsil proqramlarının yenidən formalaşdırılması və müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi olduqca əhəmiyyətlidir. Elm və Təhsil Nazirliyi bakalavriat və magistratura səviyyələri üzrə ali təhsil proqramlarının yenilənməsi məqsədilə komissiya yaradıb. Bu komissiyanın fəaliyyəti nəticəsində ali təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması planlaşdırılır.

Bakı Mühəndislik Universitetinin (BMU) baş mütəxəssisi Adil Vəliyev “Azərbaycan müəllimi”nə bildirib ki, bu komissiyanın fəaliyyəti nəticəsində bu günə kimi sözdə deyilən universitet-sənaye əməkdaşlığının daha tez həyata keçirilməsinə şərait yaranacaq:

“Düşünürəm ki, belə bir komissiyanın yaradılması Azərbaycan ali təhsil müəssisələrində olan ixtisasların yenilənməsini və yaxud yeni ixtisaslarla əvəz edilməsini daha da sürətli şəkildə həyata keçirəcək. Hazırda komissiyanın fəaliyyətini qiymətləndirmək baxımından bir söz desək, tələsmiş olarıq. 

Əvvəlcə beynəlxalq əmək bazarının tələblərini təhlil etmək lazımdır. Azərbaycan təhsil qurumları mütəmadi olaraq qlobal əmək bazarını izləməli, yeni trendləri və inkişafları nəzərə almalıdır. Bu nüanslara diqqət etdikdə həm müasir bacarıqların: rəqəmsal bacarıqlar, analitik düşüncə bacarıqlarının tələbini, həm də hansı sahələrdə boşluqların olmasını daha yaxından görüb mümkün addımlar ata bilərik.

Bildiyiniz kimi, Azərbaycan ali təhsil müəssisələrinin, demək olar ki, bir çoxu digər ölkələrin universitetləri ilə ikili diplom proqramları üzrə əməkdaşlıq edir. Düşünürəm ki, bu universitetlərdə təhsil alıb yenidən Azərbaycana öz töhfəsini vermək istəyən vətəndaşlarımızın bilik və bacarıqlarını bölüşməsi bizi yeni təhsil proqramlarında yenilikçi olmağa sövq edəcək”.

Mütəxəssis bildirib ki, ali təhsil proqramları əmək bazarının tələblərinə sürətlə uyğunlaşan, çevik və dinamik olmalıdır. Bu zaman dərslərin də mütəmadi yenilənməsi lazımdır: “Yeni təhsil proqramları elə formalaşdırılmalıdır ki, bu proqramlar daimi şəkildə yenilənə bilsin. Yəni çox asan bir şəkildə proqramın daxilində, sillabuslarda yenilənmələr olmalıdır, dərsliklər və mövzular da buna uyğun hazırlanmalıdır. Beləliklə, tələbələr müasir dövrün əmək bazarı ilə ayaqlaşan proqramları öyrənə biləcəklər.

Ali təhsil proqramlarını hazırlayarkən biz işəgötürənlərlə, sahibkarlarla mütləq şəkildə danışmalıyıq. Onlardan tələb etdikləri əsas nüansları, hər bir ixtisas üzrə hansı bacarıq və biliklərin tələb edildiyini öyrənməliyik. Düzdür, texnoloji bacarıqlar, yumşaq bacarıqlar, texnoloji biliklər – bunların hamısı önəmlidir.  Amma biz konkret olaraq hər bir ixtisas üzrə tələb olunan bilik və bacarıqlar haqqında məlumatları sillabuslara əlavə etməliyik.

Universitetlər və işəgötürənlər arasında mütləq qarşılıqlı əlaqə olmalıdır. Universitet rəhbərliyi və sahibkarlar görüşməli, sahibkarın işçidən gözlədiyi kriteriyalar müəyyənləşdirilməlidir. Bu xüsusda həmin müəssisənin bir əməkdaşı universitetə dəvət edilə bilər. O həm universitetin tələbələri ilə yaxından tanış ola, həm də bilik və bacarıqlarını tələbələrlə bölüşə bilər ki, tələbələr məzun olduqdan sonra müəyyən təcrübəyə sahib olsunlar. Tələbələr son kursda təcrübəyə yönləndirildikdə bu müəssisələr tərəfindən elə bilik və bacarıqlar öyrədilməlidir ki, onlar daha sonra işlə təmin oluna bilsinlər”, – deyə o əlavə edib. 

Şərhlər

Xəbər lenti

23 iyun, 09:09

İlk dəfə 28 Azərbaycan universiteti THE reytinqində təmsil olunub

22 iyun, 08:30

Bu gün doktorantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçirilir

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.