Bütün xəbərlər
27 fevral, 10:22

Fevralın 25-də Elm və Təhsil Nazirliyində ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, iclasda çıxış edən elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayev bildirib ki, nazir Emin Əmrullayevin əmri ilə yaradılan Komissiyada əmək bazarının üzvləri də təmsil olunurlar. 

Nazir müavini qeyd edib ki, əmək bazarının tələbləri dəyişdiyi üçün bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinin ixtisas təsnifatlarında dəyişikliklərin edilməsi və ali təhsil pilləsinin səviyyələri üzrə ixtisasların uyğunluğunun təmin edilməsi vacib idi. Bu səbəbdən ötən il Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə ixtisas təsnifatları yenilənib.

İdris İsayev əlavə edib ki, təsnifatda bakalavriat səviyyəsi üzrə 153, magistratura üzrə 129 ixtisas öz əksini tapıb. Daha çox dəyişiklik magistratura səviyyəsi üzrə təsnifatda aparılıb. 
Nazir müavinin sözlərinə görə bütün bu dəyişikliklər yeni təhsil proqramlarının hazırlanması zərurəti yaradıb: “Təhsil proqramları əmək bazarının tələblərinə uyğun olmadığından onların yenidən hazırlanmasına ehtiyac var. Proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır, ona görə işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər”.

Nazir müavini deyib ki, təhsil proqramları çərçivə sənədləri əsasında hazırlanacaq: ”Ola bilər ki, bir yox, bir neçə çərçivə sənədi olsun. “Top-10”-a daxil olan universitetlərin təhsil proqramları da nümunə olaraq komissiyaya təqdim ediləcək”.

Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib ki, bu komissiyanın fəaliyyəti nəticəsində təhsil proqramının hazırlanmasında birbaşa əmək bazarının iştirakının təmin edilməsi, ixtisaslaşma üzrə təlim nəticələrinin müəyyən edilməsi, məzunların bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması gözlənilir. 

Turxan Süleyman qeyd edib ki, Komissiyanın İşçi qrupları ixtisas qruplarına daxil olan bütün ixtisaslar üzrə ixtisaslaşmaların yenilənmiş siyahısını hazırlayıb ETN-ə təqdim etməlidirlər.  

İclas müzakirələrlə davam edib.

1 /5

Şərhlər

Xəbər lenti

4 avqust, 09:43

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

4 avqust, 09:30

Erməni vandalizminin tarixi şahidləri

4 avqust, 09:17

ADNSU-da “Açıq qapı" günü keçirilib

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? – RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.