Bütün xəbərlər
27 may, 11:45

Ötən il elm və təhsil naziri Emin Əmrullayev ali təhsil proqramlarının yenidən hazırlanması məqsədilə xüsusi komissiyanın yaradılması ilə bağlı əmr imzalayıb. Bu, ali təhsil sistemində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Komissiyanın əsas missiyası ali təhsil pilləsi üzrə yeni proqramların və ixtisaslaşmaların işlənib hazırlanmasıdır. Qeyd edilməlidir ki, son beş ildə bakalavriat proqramları müəyyən qədər yenilənmiş olsa da, magistratura pilləsində bu sahədə ciddi boşluqlar mövcuddur. Magistratura təhsil proqramlarının əksəriyyəti hələ də on beş il əvvəl (sonuncu 2011-ci ildə təsdiq edilib) hazırlanmış sənədlərə əsaslanır və bu fakt özlüyündə yenilənməyə olan ehtiyacın zəruriliyini göstərir.

Mənim fikrimcə, ali təhsil proqramlarına ən gec dörd ildən bir, ixtisaslar və ixtisaslaşmalara isə hər il nəzər yetirilməli, onlar təkrar qiymətləndirilməli və yenidən hazırlanmalıdır. Bu yanaşma müasir əmək bazarının dinamikasına cavab vermək baxımından olduqca vacibdir.

Elm və Təhsil Nazirliyinin son illərdə əsas diqqətini ümumi təhsilə yönəltməsi təqdirəlayiqdir. Ancaq bu mərhələli yanaşmanın növbəti və daha mürəkkəb addımı ali təhsilin müasirləşdirilməsi olmalıdır. Hazırda cəmiyyətin diqqəti əsasən orta məktəblərin inkişafına yönəlib, lakin ali məktəblərimizin də mövcud vəziyyəti kifayət qədər narahatedicidir.

Yeni yaradılmış komissiyanın tərkibi və fəaliyyəti bu baxımdan böyük ümidlər yaradır. Əvvəllər ali təhsil proqramlarının hazırlanması yalnız universitetlərin səlahiyyətində idisə, indi bu prosesə əmək bazarının real iştirakçıları – özəl sektor nümayəndələri də cəlb olunub. Bu, nazirliyin məsuliyyəti bölüşmək və real ehtiyaclara əsaslanan qərarlar qəbul etmək istiqamətində atdığı mühüm addımdır.

Əgər ali məktəblər əmək bazarı üçün keyfiyyətli və uyğun kadrlar yetişdirmirsə, verilən təhsilin dəyəri və funksionallığı sual altında qalır. İxtisasların köhnəlməsi, proqramların yeniliyə cavab verməməsi nəticəsində tələbələr hələ də 20-30 il əvvəlin texnologiyaları və bilikləri ilə yüklənirlər. Halbuki müasir dünya sürətlə dəyişir və təhsil proqramları bu dinamikanı əks etdirməlidir.

Komissiyaların biri ali məktəbin rektoru, digəri isə özəl sektorun tanınmış nümayəndəsi olmaqla iki həmsədrlə idarə olunması məsuliyyətin balanslı bölüşdürülməsini təmin edir. Məsələn, bizim təhsil ixtisasları üzrə komissiyanın həmsədrləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və “Hədəf” Şirkətlər Qrupunun qurucu direktoru olaraq mənəm.

Hazırda komissiyamızda 226 üzv fəaliyyət göstərir: bunlardan 142-si ali məktəblərin mütəxəssisləri, 84-ü isə özəl sektorda çalışan təhsil ekspertləri və məktəb direktorlarıdır. İndiyədək bizə tapşırılan birinci mərhələni uğurla tamamladığımızı düşünürəm. Belə ki, əgər 2011-ci ildə magistratura səviyyəsində cəmi 22 ixtisaslaşma mövcud idisə, hazırda bu rəqəm 34-ə çatdırılıb. Bu, 12 yeni ixtisaslaşmanın əlavə olunması deməkdir ki, bu da elmi-tədqiqatların daha geniş və dərin istiqamətlərdə aparılmasına imkan yaradır.

Bununla yanaşı, mövcud ixtisasların adları və məzmunları da redaktə olunub, daha müasir anlayışlarla əvəz edilib. Qərarların qəbulu asan baş vermədi: bir çox fikir ayrılıqları, geniş müzakirələr və ziddiyyətlər yaşandı. Nazirliklə belə bir neçə dəfə müzakirələr aparmaq zərurəti yarandı. Bu isə göstərir ki, proses formal xarakter daşımır və əsl demokratik yanaşma prinsiplərinə əsaslanır.

Ən böyük nailiyyətlərimizdən biri kimi “Azərbaycan dili xarici dil kimi”, “Təhsil texnologiyalar”, “Xüsusi istedadlı uşaqların təhsili”, “Təhsildə insan resursları”, “Təhsil marketinqi” kimi ixtisaslaşmaların tədris planlarına əlavə olunmasını qeyd edə bilərəm.

Hazırda isə ikinci və daha çətin mərhələyə – proqramların yenidən yazılması mərhələsinə başlamışıq. Əvvəllər bu proqramları hər universitet özü hazırlayır və sonradan nazirliyə təqdim edirdi. İndi isə proqramlar vahid formatda işlənilir. Bu proses daha çox araşdırma və məsuliyyət tələb edir. Hazırda alt işçi qruplar yaradılıb və proqramlar üzərində iş davam edir. 

Son iclasda komissiyanın sədri, nazir müavini İdris İsayev də bu məsələni xüsusi vurğulayaraq qeyd etdi ki, əgər bu tədris ilinə çatdırmaq mümkün deyilsə, gələn tədris ili üçün hazırlanmalıdır, lakin mütləq şəkildə elmi əsaslara söykənən, müasir tələblərə cavab verən proqramlar təqdim olunmalıdır.

Ən vacib məsələ isə hazırlanmış sənədlərin ali təhsil müəssisələrində düzgün və tam icra olunmasıdır. Sənəd nə qədər mükəmməl olsa da, əgər icrası düzgün aparılmasa, nəticə verməyəcək. Bu səbəbdən universitetlərimizin professor-müəllim heyətinin üzərinə böyük məsuliyyət düşür. Kadr potensialının gücləndirilməsi, idarəetmədə şəffaflıq və motivasiyaedici tədris mühiti yaradılarsa, bu proses uğurla nəticələnəcək.

Ümid edirəm ki, biz bu məsuliyyətli və vacib prosesin öhdəsindən layiqincə gələcəyik.

Şəmil Sadiq,
Yeni təhsil proqramlarının hazırlanması üzrə Təhsil ixtisasları komissiyasının həmsədri, 
“Hədəf” Şirkətlər Qrupunun qurucu direktoru, dosent

Şərhlər

Xəbər lenti

29 may, 19:43

NDU-nun rezidentura üzrə 109 məzunu olub

29 may, 18:40

Nazir müavini Firudin Qurbanov Göygöldə olub

29 may, 17:54

MÜTDA rəsmisi MİQ və sertifikasiyaya hazırlaşanlara çağırış edib

29 may, 17:53

AzMİU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək

29 may, 17:34

Məktəblimiz 19-cu Asia Pasifik İnformatika Olimpiadasında uğur qazanıb

29 may, 17:21

Bu halda sertifikasiyada müəllimə əlavə vaxt verilir

29 may, 17:18

Sertifikasiya suallarının çətinlik səviyyəsinə aydınlıq gətirildi

29 may, 17:05

Naxçıvan Dövlət Universiteti üçün böyük kampus qurulacaq

29 may, 17:01

“Daha yaxşı işləmək üçün tənqidə və şərhlərə ehtiyacınız var” – Nobel laureatı 

29 may, 16:27

Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? AÇIQLAMA

29 may, 16:17

“Parla” proqramının iştirakçıları “Glensol” müəssisəsinə səfər ediblər

29 may, 15:57

Metodistlərin fəaliyyətinə dair monitorinqlər davam edir

29 may, 15:54

Məzunlar üçün iş imkanları: Lənkəranda yarmarka həyəcanı – REPORTAJ

29 may, 15:45

Şuşa festivalının iştirakçıları Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar

29 may, 15:27

İyunun 1-də Uşaq Festivalı keçiriləcək

29 may, 15:25

ADPU-da “Müasir təhsildə innovasiya” mövzusunda panel müzakirə keçirilib

29 may, 15:18

LDU-da “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib

29 may, 15:00

Tədris üçün dərsliklər yetərlidirmi? – Sorğu

29 may, 14:56

Rektor məktəblinin arzusunu reallaşdırdı

29 may, 14:54

Türkiyəli qonaqlar Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində olublar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.