Bütün xəbərlər
29 may, 15:18

Mayın 29-da Lənkəran Dövlət Universitetində Lənkəran Regional Ədliyə İdarəsi və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kolleclə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq görüşün mahiyyəti, insan hüquq və azadlıqları haqqında məlumat verib. Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi, ədliyyə müşaviri Taleh Quliyev çıxışında hər bir şəxsin öz hüquq və azadlıqlarını bilməsinin vacibliyi, bu istiqamətdə görülən işlər haqqında danışıb. Bildirib ki, bu cür tədbirlər insan hüquqlarının təşviqinə və müdafiəsinə böyük töhfə verir, həmçinin hüquq pozuntularına qarşı cəmiyyətin həssaslığını artırır.

Tədbirdə Lənkəran Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Aqil Salmanov çıxış edərək konstitusiya və digər hüquqi aktlarda insan hüquq və azadlıqlarına aid olan maddələr və müddəaları ətraflı şərh edib, ədliyyə orqanlarının vəzifə səlahiyyətləri haqqında məlumat verib.

Lənkəran Regional Ədliyyə İdarəsinin aparıcı məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Elgün Ataxanlı “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti, bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələr haqqında söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

1 /4

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.