Bütün xəbərlər
29 may, 17:05

“Bu günədək Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin mindən artıq məzunu olub. Onlar Azərbaycanın səhiyyə sistemində çalışmaqla yanaşı, xaricdə də işləyirlər. Bir çoxunun sorağı dünyanın müxtəlif ölkələrindən gəlir”.

“Azərbaycan müəllimi” xəbər verir ki,bu sözləri Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I respublika elmi konfransının və “Cərrahi və mama-ginekoloji problemlərə multidissiplinar yanaşmalar” beynəlxalq elmi-praktik konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. 

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı ilə Naxçıvan Dövlət Universitetində tibb elmləri proqramlarının (SABAH qrupları, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: "Bu sərəncamın işığında yaxın gələcəkdə 30 hektarlıq ərazidə ayrıca bir tibb kampusunun qurulması dövlət proqramının alt tədbirlər planında nəzərdə tutulub. Bunun üçün lahiyələndirmə işləri aparılıb, şəhərin baş planı tamamlanan kimi kampusun layihə işlərinə başlanacaq, yeni klinikalar və tələbə yataqxanaların qurulması planlaşdırılır. Biz hər il olduğu kimi, bu il də yay təcrübələrimizi aparmaq üçün 300-ə yaxın tələbəmizi müxtəlif universitetlərin təcrübə bazalarına göndərməyə hazırlaşırıq”.

Süni intelektin təhsilə təsirindən danışan rektor əlavə edib ki, tibb kifayət qədər ciddi, həssas bir təhsil proqramıdır: “Biz bu proqramın təkminləşdirilməsi, əmək bazarının tələbini qiymətləndirmək üçün çalışırıq. Tibbi düşündürən əsas suallardan biri süni intellekt baxımından tibb təhsilinin gələcəkdəki təhdidlərini hesablamaqdır. Gələcəyin həkimi harda çalışacaq düşüncəsi ilə gələcək əmək bazarı və iş dünyası ilə əməkdaşlıq qurmaq məcburiyyətindəyik”. 

Elbrus İsayev əlavə edib ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi 25 ildə Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemini tibbi kadrlarla təminatı sahəsində mühüm rol oynayıb, region üçün hər zaman strateji əhəmiyyət daşıyıb.

Şərhlər

Xəbər lenti

22 iyun, 08:30

Bu gün doktorantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçirilir

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.