
“Ali təhsil səviyyəsində qida təhlükəsizliyində multidisiplinarlığın ortaya qoyulması və təhsil proqramının yaradılması istiqamətində işlər görülür”.
“Azərbaycan müəllimi” "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan "Qida təhlükəsizliyi va keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar" adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni proqramda bir fakültənin içərisində bir sahə deyil, bir sıra fakültələr sözügedən sahə üzrə bir araya gətiriləcək:
"Bu proqram üzrə təhsil alacaq insanlar bir sahəni bilməklə kifayətlənməməlidir. Onlar kimya, biologiya, kənd təsərrüfatı və s. sahələrlə yanaşı, təchizat zəncirini də mənimsəməlidir".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər