Alimlər Yerdə tapılmayan və çox baha başa gələn bir element – nihonium elementini aşkar ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, rusiyalı kimyaçı alim Maksim Belovitski bəşəriyyətin kosmik ticarətə əlçatanlığı olsaydı, nihonium elementi sayəsində zənginləşəcəyini bildirib.
Nihonium dövri cədvəldə 113-cü yerdədir və Yerdə, təbiətdə mövcud deyil. Onu yalnız hissəcik sürətləndiricisi və xüsusi maqnit ayırıcılardan istifadə edərək kalsium-48 izotopundan əldə etmək mümkündür. Bu da olduqca baha başa gəlir. Bir qram kalsium karbonat-48 üçün 250 min avro tələb olunur.
Kimyaçılar kalsium-48 izotopunu sürətləndiricidə saniyədə 30 km sürətə çatdırır, sonra amerisiumla toqquşma nəticəsində moskovium yaranır. Lakin nihoniumun istehsalı çox çətin və müstəsna bir şans tələb edir. Bu prosesin uğurlu alınma ehtimalı yalnız 0,0000000000000000000000000000001% -dir.
Bu elementin yaradılması çox yüksək xərclərlə bağlıdır və təxmini dəyəri 157 sekstilyon dollar, yəni 27 sıfırdan ibarət bir rəqəmlə qiymətləndirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)