
"Xəmiri sıxdıqca barmaqlarının arasından çıxır. Uşağın uşaqlığını əlindən almaq olmaz".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib
O bildirib ki, keçən əsrin 70-ci illərində repetitorluğu müəyyən mənada dərnəklər əvəz edirdi. Dərsdən sonra həftədə bir və ya bir neçə dəfə müəllim öz şagirdlərini dərnəyə çağırır, onlarla əlavə məşğul olurdu. Amma bu məşğələlər ödənişsiz idi.
"Yadıma İbn Sina ilə bağlı bir rəvayət düşdü. İbn Sina hələ uşaq olanda onun sorağı yayılıb. Bir qrup alim onun sorağını ala-ala onun yaşadığı kəndə gəlir. Kənddə görüblər ki, bir uşaq ağaca çıxıb quşların yumurtalarını sındırır. Uşaqdan İbn Sinanı tanıyıb-tanımadığını soruşurlar. Məlum olur ki, ağaca çıxan İbn Sinadır. Təəccüblənirlər ki, İbn Sina da ağaca çıxar? İbn Sinanın onlara cavabı belə olur: “Mən istedadlı ola bilərəm, amma Allah mənim uşaqlığımı əlimdən almayıb ki?”
Valideynlər övladlarının uşaqlığını əllərindən almamalıdırlar. Unudurlar ki, şagirdin həyatı təkcə müəllim və kitabdan ibarət deyil".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər