Bütün xəbərlər
17 mart, 16:50

Elm və Təhsil Nazirliyində ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan (təhsil sahəsi) Komissiyamız ikinci geniş tərkibli iclasını keçirdi. Budəfəki toplantımızda ixtisaslaşmaların adlarına baxış və yeni ixtisaslaşmaların əlavə edilməsi, ixtisaslaşmalarla bağlı alt işçi qruplarının təsdiq edilməsini müzakirə etdik. 200 nəfərə yaxın komissiya üzvü ilə (həm pedaqoji fakültələri olan universitet numayəndələri, həm də əmək bazarının iştirakı ilə) keçirilən müzakirə 3 saata yaxın davam etdi. Çoxlu məsələləri müakirə etdik, adların üzərində yenidən işlədik. Müzakirənin gedişi həm zövq verdi, həm də məsuliyyətin nə qədər ciddi olduğunun fərqində olduq. Daha çox sovet təhsil sistemindən qalma ixtisaslaşma adları, dövrünü bitirmiş və gərəksiz ixtisaslaşmaların ləğv edilməsi, əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslaşmaların əlavə edilməsinin gələcək təhsilimizin inkişafına ciddi təsir edəcəyinə inanıram. Sözsüz ki, bundan sonrakı mərhələdə bu ixtisasların təhsil proqramlarının düzgün hazırlanması, bunları tədris edəcək peşəkar kadrların tədrisə cəlb edilməsi və tədrsin düzgün, sistemli və peşəkar icrasından çox şey asılıdır. 

Açığı komissiya yaradılanda mənim də ADPU-nun rektoru, professor Cəfər Cəfərovla birgə bu komissiyada həmsədr təyin edilməyimin nə qədər faydalı olacağının  fərqində deyildim. Amma gedişat göstərir ki, bu, çox vacib imiş. Sözsüz ki, təkcə mənim yox, əmək bazarı nümayəndələrinin… 

Bildiyiniz kimi, əvvəllər bu prosesi, sadəcə, universitet nümayəndələri, mütəxəssisləri idarə edirdi. Amma budəfəki komissiyada əmək bazarının nümayəndələri də bu mötəbər işin təşkilinə cəlb edilib. Müzakirələr göstərir ki, Elm və Təhsil Nazirliyinin bu qərarı çox vacib və faydalıdır. Həm bizlər ali məktəbdə gedən proseslə yaxından tanış olur, orta məktəb və ali məktəb əməkdaşlığının bariz nümunəsini yaradırıq, həm də universitet rəhbərlikləri, mütəxəssisləri əmək bazarının praktikada nələrlə qarşılaşdığını, hansı istəklərinin olduğunun fərqində olur. Sözsüz ki, sənəd hələ müzakirə ərəfəsindədir və tam təsdiq ediləndən sonra açıqalanacaq, amma mən bir neçə məqamı sizlərlə bölüşmək istəyirəm. Çoxdan məni düşündürən bir məsələ komissiya üzvləri tərəfindən qəbul edilərək ixtisaslaşmalara əlavə edildi. Azərbaycan dilinin xarici dili kimi tədrisi üçün ilk addımı atdıq. 

Magistr ixtisaslaşmalarından biri  də “Azərbaycan dilinin xarici dil kimi tədrisi” oldu. Düşünürəm ki, bu, ölkəmizdə təhsil alan xarici tələbələrə, vətəndaşlıq hüququ almaq istəyən xarici vətəndaşlara, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan dilinin öyrədilməsi üçün çox vacib addımdır. 2012-ci ildə hazırladığım və Təhsil Nazirliyinin qrifi ilə ali məktəblər üçün dərs vəsaiti olan “Azərbaycan dilini öyrənirəm” (4 dildə) kitabım bu işin təməlinin çoxdan qoyulması arzusunda olduğumu bir daha sübut edir. Digər tərəfdən, gələcək illərdə universitetlərimizin ciddi şəkildə xarici tələbə qəbuluna kömək edəcək. 

Qaldırdığım digər iki məsələ müzakirələrə səbəb olsa da, hələ də açıq qaldı. Ümid edirəm, daha düzgün yolu tapacağıq. Biri odur ki, “Azərbaycan dili və ədəbiyyat”ın bir ixtisaslaşma olmasının tərəfdarı deyiləm. Çünki bakalavriat səviyyəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının olduğunu bilirik. Amma ayrılıqda “Pedaqogika” ixtisasının ixisaslaşmasının olmasının tərəfdarıyam. Bunları birgə tədris etsək də, etiraf etməliyik ki, hər iki fənnin tədris metodologiyası fərqlidir. Düzdür, burda sual olunur: Ədəbiyyat sözü tək mi olmalıdır, yoxsa Azərbaycan ədəbiyyatı kimi? Çünki bizim orta məktəb ədəbiyyat tədris proqramında xarici ədəbiyyat da yer alıb. Ona görə bu ifadənin özü bir az adamı düşündürməyə vadar edir. Bəlkə, sadəcə, “Ədəbiyyatın pedaqogikası” deməklə, hər iki məsələni həll etmək olar. Ümid edirəm, bu məsələ  mütəxəssislərimiz tərəfindən müzakirə edilərək düzgün həllini tapacaq. Çünki komissiyanın tərkibində çox ciddi, işini sevən, aktiv insanlar var və hər kəs prosesə öz töhfəsini verməyə çalışır. 


Qaranlıq qalan digər məsələ “Həyat bilgisi” fənnidir. Bu fənn məktəblərdə tədris edilsə də, ali məktəbin tədris proqramınında adı qeyd edilmir. Bu fənni məcburiyyətdən biologiya, kimya, fizika, coğrafiya, ibtidai sinif müəllimləri tədris edir. Göründüyü kimi, harada, kim boşdur, ona verilir bu dərslər. 5-6-cı sinifdən tədris edilən Təbiət  (elm) ixtisaslaşmada ayrıca verilib. Amma “Həyat bilgisinin” üzünə gün doğmur. Düzdür, ehtimal olunur ki, gələcəkdə ibtidai siniflərdəki bu fənnin də adı elə təbiət olsun, amma bu gün belə deyil. 
 

Əlavə edilən ixtisaslaşmalara “Təhsil texnologiyaları və rəqəmsal bacarıqlar”, “Təhsildə insan resurslarının idarə olunması”, “Xüsusi istedadlı uşaqlarla iş” kimi ixtisaslaşmaların yeni ixtisaslaşmalar siyahısına əlavə edilməsininin faydalı olacağı düşüncəsindəyəm. 

Təsəvvür edin, bunlar mənim – “Hədəf” komandasının qaldırdığı və təklif etdiyi bəzi məsələlərdir, bundan başqa, hər universietin də özünün təklifləri var. Bütün bunlar çox faydalı bir sənədin hazırlanmasına rəvac verəcək. 

Müzakirələrə Türkiyədən  qonağımız olan “Nəsibə Aydın okullarının” direktoru Mirkan Aydın, təhsil mütəxəssisi professor, doktor, Levent Eraslanın də qatılması işin gedişatına  fayda verdi. 

Şəmil Sadiq,
Ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması üzrə Təhsil Komissiyasının həmsədri 

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.