Bütün xəbərlər
1 oktyabr, 12:14

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan məktəbi” jurnalının 3-cü nömrəsi işıq üzü görüb.

Təhsil İnstitutundan "Azərbaycan müəlliminə bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə, COP29 ərəfəsində işıq üzü görən bu sayda jurnal oxucularını yaşıl dünya çağırışlarını şüardan şüura keçirməyə çağırır.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilati dəstəyilə işıq üzü görən jurnalın bu sayında da məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması prinsipi gözlənilib. Bu məqsədlə müasir standartlara, monitorinq və qiymətləndirməyə, müəllim hazırlığında innovativ yanaşmalara, informasiya savadlılığının təhsilin keyfiyyət səviyyəsinin artırılmasına təsirinə, müəllim peşə standartlarına, kadr hazırlığı üzrə beynəlxalq təcrübədən istifadənin əhəmiyyətinə, pedaqoji özünüdərketmənin inkişafı yollarına dair elmi-nəzəri, pedaqoji məzmunlu məqalələrə üstünlük verilib.

Jurnalda pedaqogika, psixologiya elmlərinin praktikaya tətbiqi, klassik pedaqoji fikir və məktəb tariximizin tədqiqi və öyrədilməsi məsələlərinə dair nəzəri-pedaqoji yazıların, təhsilin bütün pillə və səviyyələrinin müasir standartlar əsasında yenilənməsi, habelə təhsil sahəsində dövlət siyasətinin və təhsilə aid qəbul olunan dövlət proqramlarının icrası, fasiləsiz təhsilin həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, təhsil strategiyası, təhsil proqramları, insan kapitalının stimullaşdırılması və s. ilə bağlı məqalələrin nəşri zəruri hesab olunur.

“Azərbaycan Məktəbi”ndə dərc olunması planlaşdırılan məqalələrə qoyulan tələblərlə jurnalın saytında (https://as-journal.edu.az/) tanış olmaq mümkündür.
FacebookTwitterWhatsAppTelegramLiveJournalPinterestРесурс
 

Şərhlər

Xəbər lenti

4 avqust, 09:43

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

4 avqust, 09:30

Erməni vandalizminin tarixi şahidləri

4 avqust, 09:17

ADNSU-da “Açıq qapı" günü keçirilib

2 avqust, 21:15

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıblar

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? – RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 18:39

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.