Bütün xəbərlər
21 noyabr, 09:08

“NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu (TİF) və “Technology SNI”nin birgə tərəfdaşlığı ilə, Azərbaycanda innovativ tədris proqramları təqdim edəcək “Peerstack Academy” adlı yeni və inqilabi İT təhsil layihəsi yaradılıb. 

TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu layihə “peer-to-peer” modeli əsasında həyata keçirilir.

“Peerstack Academy” tədris prosesi iştirakçıların birgə çalışmasına əsaslanan və dünya miqyasında tanınan “Qwasar Silicon Valley” platformasından istifadə edən bir tədris metodikasını təklif edir. Bu yanaşma tələbələrə komanda ilə iş bacarıqlarını inkişaf etdirməyə və tədris proqramını uğurla mənimsəməyə kömək edəcəkdir.

Qeyd edək ki, “Qwasar Silicon Valley”, Şimali Amerikada İT təhsili sahəsində aparıcı şirkətlərdən biri kimi tanınır. Bu layihə çərçivəsində dünya üzrə 25 000-dən çox iştirakçıya təlim keçirilmişdir. “Qwasar Silicon Valley”nin təsisçisi Kvame Yamgnane həmçinin, innovativ İT tədris metodları ilə beynəlxalq səviyyədə tanınmış “42 school” məktəbinin həmtəsisçisidir. Kvame və komandası bu zəngin təcrübəyə və “42 school”un uğurlu nəticələrinə əsaslanaraq, tələbələrin inkişafını və nəticələrini daha da səmərəli etmək üçün təsdiqlənmiş metodologiyalar tətbiq edib.

Tədris haqqının böyük bir hissəsi “NEQSOL Academy” tərəfindən qarşılanacaqdır. İlk mərhələdə proqramdan 250 iştirakçının yararlanması nəzərdə tutulub. Dərslər Azərbaycan Texniki Universitetinin yeni kampusunda layihə üçün xüsusi ayrılmış məkanda keçiriləcəkdir.

“Peerstack Academy” haqqında daha ətraflı məlumatı akademiyanın rəsmi saytından (peerstack.tech) və  sosial media hesablarından əldə etmək mümkündür  (facebook.com/peerstack.tech, instagram.com/peerstack.tech və linkedin.com/company/peerstack-academy/).

Şərhlər

Xəbər lenti

14 mart, 11:40

Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə iştirakı artıb - HESABAT

14 mart, 11:35

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

14 mart, 11:35

Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub

14 mart, 11:20

Ötən il 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb

14 mart, 11:10

11 mindən çox bağça müəllimi diaqnostik qiymətləndirmədən keçib

14 mart, 11:04

Bağçalara 78 müdir və 416 tərbiyəçi-müəllim müsabiqə ilə işə qəbul edilib

14 mart, 11:00

Direktorlarının maaşlarına 1500 manatadək əlavələr edilib - HESABAT

14 mart, 10:58

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

14 mart, 10:58

Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI

14 mart, 10:55

Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir

14 mart, 10:45

Universitetlərə qəbulun ikinci mərhələsi üçün sınaq imtahanı keçiriləcək

14 mart, 10:36

Kornel metodu öyrənməyi öyrədir

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.