
Elm və Təhsil Nazirliyinin dəstəyi, ASPIRE Education Technologies şirkətinin təşkilatçılığı ilə Şəmkir rayonu Coşqun Abdiyev adına Zəyəm Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində “Azərbaycanın regionlarında təhsildə rəqəmsallaşma” layihəsi çərçivəsində əhatələndirmə tədbiri keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Tədbirdə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ASPIRE Education Technologies şirkətinin təsisçisi və icraçı direktoru Rahul D’Mello, ASPIRE Education Technologies şirkətinin məsul meneceri Vəfa Əhmədova və platformadan istifadə edən müəllim və şagirdlər iştirak edib.
Tədbir 3 hissədən ibarət olub:
Müəllimlər üçün “Qeyri- formal təhsil metodları” mövzusunda sessiya;
şagirdlər arasında riyaziyyat üzrə bilik yarışı;
ASPIRE platforması haqqında məlumatlandırma, məktəbin iştirakçı şagirdlərinin platformadakı aktivliyi mövzusunda çıxış.
Tədbirin keçirilməsində əsas məqsəd region məktəblərində rəqəmsal təhsil vasitələrinin tətbiqi, platformanın istifadəsi nəticəsində əldə olunan nailiyyətlərin təqdimatı və maraqlı tərəflər arasında təcrübə mübadiləsinin təşkilidir. Hazırda ASPIRE platformasının Elm və Təhsil Nazirliyinin “Rəqəmsal Məktəb” platforması ilə inteqrasiyası üzərində də işlər davam etdirilir.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər