Bütün xəbərlər
23 aprel, 13:08

Dünyamızın mürəkkəb çağırışlarla üz-üzə qaldığı müasir dövrdə kitab müxtəlif insanların fikirlərini cəm halında birləşdirən və onların arasında sıx əlaqə-ünsiyyət yaradan əvəzolunmaz mənəvi bir körpüdür. Bu gün cəmiyyətdə insan amilinin inkişafında, fərdin şəxsiyyətə çevrilməsində mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və kitabxanaların rolu ölçüyəgəlməzdir. Çünki kitabxanalar mili mədəni sərvətlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intelektli gənc nəslin tərbiyəsində əsas rol oynayır. Kitab cəmiyyətin yaratmış olduğu fikir və ideyaları, dəyərləri  insanlara çatdıran əsas mənəvi xəzinədir. 
Ümummilli Lider Heydər Əliyevin kitab və kitabxana haqqında müdrik kəlamları var.

 "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

Müasir dövrdə dayanmadan informasiya aldığımız və beynimizin müxtəlif  məlumat ilə dolu olduğu bir şəraitdə insanın fərdi inkişafında mütaliə mədəniyyətinin yaranması və düzgün istiqamətləndirilməsi əsas amilə çevrilib.  Kitabxanalar mütaliə mədəniyyətinin düzgün formada istiqamətləndirilməsində, məlumatın yayılmasında, savadlandırıcı missiyanın yerinə yetirilməsində əsas məsuliyyət daşıyan sosial institutlardır.

Yaşadığımız dövrdə kitabların mənəvi inkişafımızda rolundan danışarkən böyük rus yazıçısı Maksim Qorkinin fikirlərini yada salmaq yerinə düşər: "İki qüvvə mədəni insan tərbiyyəsində daha çox fayda verə bilər. İncəsənət və elm.Bunların hər ikisini özündə birləşdirən isə kitabdır. İncəsənət daha çox ruha, elm daha çox ağıla aiddir, buna görə də kitab həm ağılı, həm ruhu qidalandırır”.

Mütaliə etmək insanın fiziki, ruhi sağlamlığı üçün olduqca faydalıdır. Mütaliə insan beyninin fəaliyyətini gücləndirir. Mütaliə zamanı insan yalnız məlumatı qəbul etmir, həmin informasiyanı emal edir, fikirləşir, təhlil edir, nəticə çıxarır. Bunun da yoxlanmış yolu daim və düşünərək kitab oxumaqdan keçir. Biz kitab oxuyarkən əsərin ideyasını anlamağa çalışır və mümkün qədər düşünməyə, empatiya qurmağa başlayırıq. Nahaq yerə deyilmir ki, vücud üçün idman nədirsə, beyin üçün də kitab oxumaq o mənaya gəlir. İnsanın söz ehtiyatının artmasında, ətrafdakılarla rahat ünsiyyət qurmasında, nitq qabiliyyətinin inkişafında, özünəinamın artmasında, stresdən uzaq olmasında, yaddaşın güclənməsində, fikrin təkmilləşdirilməsində mütaliənin rolu son dərəcə böyükdür.

Şagirdlərə, müəllimlərə bütövlükdə məktəb kollektivinə kitabla xidmət etmək ümumtəhsil məktəbi kitabxanasının əsas iş prinsipidir. Hər bir kitabxanaçı öz işində daha çox şagirdin mütaliəyə cəlb olunmasına nail olmağa çalışmalıdır. İlk növbədə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların oxu maraqlarını öyrənibꓹ mütaliəsini istiqamətləndiririk. Bunun üçün əyani və şifahi təbliğat formalarından istifadə edirik. Əyani təbliğat daha geniş oxucu kütləsini sistemli şəkildə əhatə edə bilir və onların mütaliəsinə müsbət təsir göstərir. Əyani təbliğat formalarına kitab sərgiləri aiddir. Oxucuları şair və yazıçıların həyat və fəaliyyəti ilə tanış etməkꓹ məktəbli oxucuları onların əsərlərini mütaliə etməyə yönəltmək üçün maraqlı mövzularda  sərgilərin təşkili xüsusilə əhəmiyyətlidir.

Uşaqlar arasında kitaba məhəbbət oyatmaqꓹ kitabı onlara sevdirməkꓹ kitabın nüfuzunu qaldırmaq üçün kütləvi tədbirlərin müxtəlif formalarından istifadə edirik. Belə tədbirlərdən biri də hər il keçirdiyimiz "14 Fevral Beynəlxalq Kitab Bağışlama" günüdür. Həmin gün oxucular sevdikləri bədii kitabı bir-birlərinə, hətta kitabxanamıza hədiyyə edirlər. Ən maraqlısı da budur ki, şagirdlər oxuduqları əsərləri birlikdə müzakirə edirlər. Oxucularımız hər il bu günü səbirsizliklə gözləyirlər.

Məktəb kitabxanalarında ifadəli oxu və nəqletmə üsullarından da istifadə edirik kiꓹ bunlar kiçikyaşlı məktəblilərin marağına səbəb olur. İfadəli oxu balacalar arasında bədii ədəbiyyatın ən yaxşı tövsiyə formasıꓹ təbliğatın özəyi olubꓹ kitaba və mütaliəyə dərin məhəbbət oyadır.

Məktəb kitabxanalarında təbliğat ədəbi-bədii gecələr vasitəsilə də həyata keçirilir. Keçirdiyimiz ədəbi-bədii gecələr tanınmış şair və yazıçılardan birinin yaradıcılığınaꓹ habelə bir və ya bir neçə ədəbi əsərə həsr oluna bilər. Bu tədbirlər böyük təhsil və tərbiyə əhəmiyyəti kəsb edir, bədii əsərə sevgi oyadırꓹ bədii zövqü formalaşdırır, mütaliəyə maraq yaradır. 

Keçiriləcək tədbirin kompozisiyasından asılı olaraq xüsusi proqramꓹ ssenari tərtib edərək, teatrlaşdırılmış səhnəciklər də  qururuq. Gecəyə hazırlaşmaq yaradıcılıq qabiliyyəti tələb edir. Gecənin mövzusuna uyğun ədəbiyyat sərgisiꓹ viktorina, ədəbi oyunlar hazırlayırıq.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, kitabxanaçı yaradıcı olmalıdır. Özünün peşə hazırlığının qayğısına qalmalıꓹ kitabxana işinə qoyulan tələblərə cavab verməli, müasir informasiya texnologiyalarından bacarıqla istifadə etməlidir. Tədbirləri öz fantaziyasına uyğun, yaradıcı şəkildə təşkil etməliꓹ öz işində uğurlar, müvəffəqiyyətlər qazanmalıdır.

Nigar HACIYEVA

Şərhlər

Xəbər lenti

12 iyun, 20:27

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır

12 iyun, 17:59

Şəhid övladlarının “Məzun Günü” keçirilib

12 iyun, 17:59

Attestat üçün pul yığıldığına dair araşdırmanın nəticəsi açıqlanıb

12 iyun, 17:44

Sertifikatlaşdırma üzrə sınaq imtahanları ilə bağlı iddialara aydınlıq gətirildi

12 iyun, 17:38

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlanıb

12 iyun, 17:31

Müəllimlərin sertifikatlaşdırma uğuru: Maksimum bal toplayanlar danışırlar

12 iyun, 17:27

Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 iyun, 17:11

Sertifikatlaşdırma imtahanının sualları necə tərtib edilir?

12 iyun, 17:05

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12 iyun, 17:02

Sertifikatlaşdırma imtahanları 44 mərkəzdə keçiriləcək

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.