Bütün xəbərlər
23 aprel, 16:21

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı kateqoriyasında Bakı şəhəri üzrə regional mərhələsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, paytaxtdakı 133 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Təravət Muradova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsinə vəsiqə qazanan komandalar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Nərminə Hüseynova Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılan olimpiadanın əsas məqsədinin fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin  yaradılması, şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsindən ibarət olduğunu xatırladıb.

 Regional mərhələdə iştirak edən komandalara uğurlar arzulayan N.Hüseynova bu cür olimpiadaların şagirdlərin  bilik və bacarıqlarını artırmaqla bərabər, həm də  onlarda təlim motivasiyasını yüksəldəcəyinə, özünəinam hissinin artırılmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Yasamal RİH başçısının müavini Təravət Muradova olimpiada və müsabiqələrdə istedadlı şagirdlərin üzə çıxarılmasının ölkəmizin gələcək yüksək savada malik kadr potensialının formalaşması baxımından önəmli rolunu vurğulayıb, bu cür bilik yarışlarının şagirdlərə yalnız elm deyil, həm də dünyagörüşü qazandırdığını bildiriblər.

Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.

Daha sonra regional mərhələyə vəsiqə qazanmış 12 komanda riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla 5 müxtəlif istiqamət üzrə 25 sualı cavablandırıblar.

 İlk 5 yeri tutan komandalar - Xəzər, Nəsimi, Yasamal, Xətai və Nərimanov komandaları olimpiadanın respublika mərhələsində iştirak hüququ qazanıb.

Qalib komandalara diplomlar təqdim olunub.

1 /6

Şərhlər

Xəbər lenti

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.