
Naxçıvan Dövlət Universitetinin “Kimya müəllimliyi” ixtisasının III kurs tələbələri Aliyə Cəfərova və Nurtac Rəhimova beynəlxalq səviyyədə uğur əldə ediblər.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tələbələr “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsində iştirak edərək I yerə layiq görülüblər. Göstərilən yüksək nəticəyə görə onlar I dərəcəli diplom və qızıl medalla təltif ediliblər.
Qeyd edək ki, tələbələr müsabiqəyə Kimya kafedrasının müdiri Şəmil Mahmudov və Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri Fizzə Məmmədovanın rəhbərliyi ilə hazırlaşıblar.
Bildirək ki, “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsi müxtəlif ölkələrin tələbələri arasında keçirilən nüfuzlu elmi yarışdır. Müsabiqə iştirakçıların kimya bilikləri və analitik düşünmə bacarıqlarını qiymətləndirməyə yönəlib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər