Bütün xəbərlər
4 aprel, 12:54

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvlərindən ibarət  “INTEGRA” komandası İstanbul Texniki Universitetində keçirilən “Design Together with BIM” adlı beynəlxalq müsabiqədə 5-ci yerə layiq görülərək beynəlxalq səviyyədə böyük nailiyyət əldə edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, komandanın üzvləri – Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin kommunikasiya sistemləri mühəndisliyi ixtisası tələbəsi Məleykə Əliyeva, Memarlıq fakültəsinin memarlıq ixtisası tələbəsi Raya Rüstəmli və İnşaat fakültəsinin inşaat mühəndisliyi ixtisası tələbəsi Hüseyn Zəkirov layihə dizaynı, Building Information Modeling (BIM) texnologiyalarından səmərəli istifadə və enerji səmərəliliyi sahəsində nümayiş etdirdiyi peşəkar yanaşma ilə müsabiqədə fərqlənməyi bacarıblar. Qeyd olunan nailiyyət AzMİU tələbələrinin beynəlxalq rəqabətə hazırlığını və innovativ mühəndislik bacarıqlarını bir daha təsdiqləyib.

Bildirək ki, beynəlxalq müsabiqəyə AzMİU-nun İnşaat, Memarlıq, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələri, eləcə də “SABAH” qruplarından olan 2 tələbə də daxil olmaqla, ümumilikdə 16 tələbə qatılıb. Komandaların iştirakı və yarışa hazırlığı TEC-in təşkilatçılığı ilə həyata keçirilib. Tələbələrə universitetin Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadə və TEC-in sədri Günel İmamquliyeva rəhbərlik ediblər.

Yarış iki əsas mərhələdən ibarət olub. Birinci mərhələ 2024-cü ilin 14–17 dekabr tarixlərində İstanbulda baş tutub və bu müddətdə iştirakçılar “Revit”, “Dynamo”, “Navisworks” və digər qabaqcıl proqram təminatları üzrə təlimlərdə iştirak ediblər. Eyni zamanda, tələbələr BIM sistemi üzrə nəzəri biliklərlə yanaşı texniki səfərlərdə iştirak edərək praktiki təcrübələr qazanıblar.

Təlimlərdən sonra başlayan 10 həftəlik layihə mərhələsində iştirakçılar BIM əsaslı dizayn, davamlı mühəndislik həlləri və müxtəlif sahələr üzrə əməkdaşlıq bacarıqlarını nümayiş etdiriblər. Müsabiqəyə Rusiya, Türkiyə, Azərbaycan, Albaniyadan ümumilikdə 23 komanda qatılıb və yekun layihələr 2025-ci ilin 15 mart tarixində münsiflər heyətinə təqdim olunub. Nəticədə AzMİU-nun “INTEGRA” komandası təqdim etdiyi uğurlu layihəyə əsasən, ilk 5-likdə qərarlaşıb. 

1 /5

Şərhlər

Xəbər lenti

10 aprel, 17:47

“Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə BMU arasında memorandum imzalanıb

10 aprel, 16:40

10 nəfərin buraxılış imtahan nəticəsi ləğv olunub

10 aprel, 16:04

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

10 aprel, 16:00

Cəlilabadın peşə məktəbinin tələbəsi respublika ifa müsabiqəsinin qalibi olub

10 aprel, 15:57

9 martda keçirilən buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

10 aprel, 15:52

Buraxılış imtahanının nəticələri açıqlandı

10 aprel, 15:35

İkili ixtisaslı müəllimlərin sertifikatlaşdırılması ilə bağlı bəzi məqamlar açıqlanıb

10 aprel, 15:06

Paytaxt məktəblərində laborant işləmək istəyənlərin NƏZƏRİNƏ!

10 aprel, 14:49

“Uşaqların cəmiyyətə inteqrasiyası üçün inklüziv təhsil vacibdir” – Nigar Məmmədova

10 aprel, 14:45

V Beynəlxalq Türk Dünyası Mühəndislik və Təbiət Elmləri Konqresi keçiriləcək

10 aprel, 14:40

Parta arxasından beynəlxalq kürsülərə - Məktəbli idmançıların zəfərləri 

10 aprel, 14:05

Anar Nağıyev: BSU-da müəllimlər üçün inklüziv təhsilə dair təlimlər keçiriləcək

10 aprel, 13:48

Millət vəkili: Kolleclərdə müəllim, həkim hazırlanmaz

10 aprel, 13:47

Anar İsgəndərov: "Uşağın uşaqlığını əlindən almaq olmaz"

10 aprel, 13:46

Komitə sədri: Repetitorluq direktivlə ləğv edilən sahə deyil

10 aprel, 13:15

Üç universitet və böyük arzular: 6 dil bilən Şəhla Ələsgərlinin UĞUR HEKAYƏSİ

10 aprel, 13:05

Bakıda THE Avrasiya Universitetləri Sammiti keçiriləcək

10 aprel, 12:46

Anar İsgəndərov: "Müəllim olmaq üçün üç meyara ehtiyac var: ədalət, əxlaq və nəfs toxluğu" – MÜSAHİBƏ

10 aprel, 12:27

ADU-da "Gənclərin ailə həyatına hazırlığı" mövzusunda tədbir keçirilib

10 aprel, 12:08

Şagirdlər hava hədəfini insan müdaxiləsi olmadan aşkarlayan sistem hazırlayıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.