Bütün xəbərlər
10 aprel, 12:27

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və ADU-nun birgə əməkdaşlığı ilə “Gənclərin ailə həyatına hazırlığı, erkən evlilik və qohum evliliklərin fəsadları” mövzusunda tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri giriş sözü ilə fakültə dekanı professor İbrahim Kazımbəyli açaraq dövlətin bu sahədə apardığı siyasətin mahiyyəti haqqında məlumat verib. O, son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən tədbirlər, beynəlxalq konfranslar və maarifləndirici layihələr haqqında danışıb, ailənin Azərbaycan cəmiyyətindəki yüksək dəyərindən bəhs edib. Professor bildirib ki, zəmanəmizdə ailə institutunun inkişafında mühüm rol oynamış, müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür.

Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu Rövşən Nəcəfov “Gənclər özləri üçün xeyirli və düzgün həyatı necə qura bilər?” mövzusunda çıxış edərək gənclərin ailə həyatına hazırlanmasının çoxaspektli, mürəkkəb bir proses olduğunu vurğulayıb. O bildirib ki, düzgün hazırlıq olmadıqda ailə həyatının sonu nikahla başa çata bilər, lakin bu da cəmiyyət üçün fəsadlar törədir. R. Nəcəfov qeyd edib ki, düşüncə tərzi, həyata baxış, münasibətlər sistemi, ünsiyyət sferası gənclərin sosiallaşmasının, o cümlədən ailədaxili münasibətlərin əsasını təşkil edir.

Rövşən Nəcəfov çıxışında gənclərin ailə həyatına hazırlaşarkən mükəmməllik deyil, anlayış və uyğunluq üzərində qurulmasına diqqət yetirmələrinə, özünü tanımaq, emosional ehtiyaclarının fərqində olmaq, evliliyə hazırlıq üçün düzgün seçimlərlə formalaşan həyatların uğurundan bəhs edib.

Tədbirdə Psixologiya İnstitutunun əməkdaşı, təlimçi psixoloq Lətafət Novruzova çıxış edərək dövlətin ən vacib sütunlarından biri olan ailə ilə bağlı milli adət-ənənələrimizin qorunması, gənclərin ailə həyatına psixoloji hazırlığının vacibliyini və ailə həyatının möhkəm olması üçün ailə üzvlərinin bir-birini anlamasının, empati qurmasının, konfliktlərin düzgün şəkildə həll olunmasının əhəmiyyətindən danışıb.

Rafiq Mahmudov isə çıxışında genofondumuzun qorunması, qohumlararası nikahın yaradacağı fəsadlar, təhsil keyfiyyətinə mənfi təsirlər və erkən nikahdan doğulan uşaqların xəstə doğulma riskləri haqqında fikirlərini bölüşüb.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

1 /8

Şərhlər

Xəbər lenti

18 aprel, 11:34

BDU Özbəkistanın Turon Universiteti ilə əməkdaşlıq edəcək

18 aprel, 11:33

Təhsil işçiləri arasında şahmat turniri keçirilir

18 aprel, 11:32

Şahin Bayramov: Qısamüddətli təhsil proqramları üzərində işləyirik

18 aprel, 11:27

“Planlı çalışma və düzgün vaxt bölgüsü” – astaralı şagirdin uğur formulu

18 aprel, 11:24

“Anamın üzünün gülməsi uğur qazanmaqdan qat-qat dəyərli hissdir”

18 aprel, 11:16

Gənclər və İdman Nazirliyi ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

18 aprel, 10:20

Təhsil ixtisasları qrupu üzrə İşçi qrupun üçüncü iclası keçirilib

18 aprel, 10:03

“Ən böyük motivasiyam anamın mənim üçün keçirdiyi həyəcan olub”

18 aprel, 09:59

AzMİU-da “Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyası fəaliyyətə başlayıb

18 aprel, 09:47

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ!

18 aprel, 09:45

Mədəniyyət və incəsənət sahəsində süni intellektin tətbiqi məsələləri müzakirə olunur

18 aprel, 09:36

Hər üç fəndən yüksək nəticəm olduğuna inanmadım - Laçın məktəblisi

18 aprel, 09:29

“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilib

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.