Bütün xəbərlər
17 aprel, 17:30

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin şagirdi Telman Əsgərov martın 9-da keçirilən buraxılış imtahanında maksimum bal toplayaraq region birincisi adı qazanıb.

"Azərbaycan müəllimi"nə müsahibəsində istedadlı şagird birinci sinifdən bugünə qədər əlaçı olduğunu deyir. İnformatika, riyaziyyat, Azərbaycan dili fənlərini çox sevən yeniyetmə 3 dəfə Respublika fənn olimpiadalarında iştirak edib.  2023, 2024, 2025-ci illərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə olimpiadalara qatılan məktəbli final mərhələyə qədər yüksələ bilməsə də, hər birində yarımfinal turuna vəsiqə qazanıb: "Mənə bu müddətdə bütün müəllimlərim çox böyük dəstək olub. Ancaq Azərbaycan dili müəllimim Aytən İslamzadəni xüsusilə qeyd etmək istəyirəm. Müəllimim mənə bu yolda çox kömək göstərib. Valideynlərim də hər cür dəstək olur, onların mənəvi dəstəkləri əvəzolunmazdır. Buraxılış imtahanı mənim üçün çox gözəl keçdi, imtahan suallarını asanlıqla yazdım".

Telman vurğulayır ki, imtahana hazırlaşarkən sadəcə müəllimin verdiyi tapşırıqlarla kifayətlənmir, özü də əlavə tapşırıqlar işləyərək, inkşaf etməyə çalışıb: "Özümə əminlik olsa da, həyəcan hər imtahanda olduğu kimi, bu imtahanda da var idi. Maksimal nəticə göstərdiyim üçün çox sevincliyəm. Bu nəticə məni çox ruhlandırır, blok imtahanı hazırlığı üçün daha da həvəsləndirir. Gələcəkdə böyük şirkətlərdə proqramçı kimi çalışmaq istəyirəm. Bu ixtisası seçmə səbəbim uşaqlıqdan kompüterlərə olan həvəsimdir. Məni buraya cəlb edən isə bu ixtisasın çoxşaxəliyi və mürəkkəbliyidir".

Şərhlər

Xəbər lenti

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun rektoru və Milli Observatoriyanın sədri arasında görüş keçirilib

17 oktyabr, 14:30

Peşə təmayüllü siniflərdə monitorinq aparacaq mütəxəssislər üçün təlim keçirilib

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

“Elon Mask məni ruhlandırdı” — Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.