
15-16 aprel tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov Pakistanın İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionunda Ali Təhsilin Beynəlmiləlləşdirilməsi üzrə 1-ci İƏT-EI Ekspert Qrupunun iclasında iştirak edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə İƏT-in baş katibi Əsəd Məcid Xan, Pakistanın Ali Təhsil Komissiyasının rəhbəri Muxtar Əhməd, İƏT Təhsil İnstitutunun direktoru Mehmet Akif Kireçci, eləcə də Türkiyə, İran, Türkmənistan və digər üzv ölkələrin ali təhsil sahəsindəki qurumlarının nümayəndələri iştirak ediblər.
İclas zamanı Müjdat Həsənov Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində həyata keçirilən layihələr və onların nəticələri barədə təqdimatla çıxış edib.
Toplantıda həmçinin İƏT Təhsil İnstitutunun direktoru tərəfindən 2025–2030-cu illəri əhatə edən Ali Təhsilin Beynəlmiləlləşdirilməsi üzrə Tədbirlər Planının layihəsi təqdim olunub və onun icrası üzrə əməkdaşlıq alətləri müzakirə edilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər