Bütün xəbərlər
17 aprel, 19:05

Aprelin 16-da Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyi tərəfindən birgə maarifləndirici tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbirdə “Tütün və veyplərin zərərləri” mövzusunda çıxış edən AQTA-nın əməkdaşı Günay Quluzadə, Səhiyyə Nazirliyinin əməkdaşları Nərmin Azadova və Şəhla Kazımova tələbələrə elektron siqaretlərin (veyplərin) sağlamlığa təsirləri, tərkibindəki zərərli maddələr və asılılıq yaratma potensialı barədə ətraflı məlumat veriblər. Tütünün sosial və ekoloji təsirlərindən bəhs edən mütəxəssislər veyplərin parlaq rəngləri və şirin dadlarının gənclər arasında cəlbedici olduğunu, lakin bu məhsulların ciddi sağlamlıq riskləri daşıdığını vurğulayıblar.
Onlar söyləyiblər ki, tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Çıxışlarda bildirilib ki, dünyada heç də insanların hamısı siqaret çəkmir. Çəkənlərin isə çoxu bu vərdişdən imtina etmək arzusundadır və onlar siqaret çəkməni əsasən öz istəkləri ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Onlar çıxışlarında əlavə ediblər ki, hər bir insanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür.

Mütəxəssislər diqqətə çatdırıblar ki, ikincili (ətrafa yayılan) tütün tüstüsünün qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir. Çünki bu, yaşlı insanlarda xərçəng, ürək qan-damar və digər ciddi xəstəliklərin inkişaf etməsinə gətirib çıxarır. Dünyadakı uşaqların demək olar ki, yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Bu isə, astma xəstəliyi zamanı vəziyyəti ağırlaşdırır və təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Hər il ən azı 200 000 insan işlədikləri müəssisələrdə ikincili tütün tüstüsünü qəbul etmək səbəbindən ölür. Onlar qeyd ediblər ki, tütün tüstüsünün törətdiyi ölümcül təhlükələrdən yeganə qorunma yolu azad mühitin yaradılmasıdır.

Diskussiya formasında keçirilən tədbirdə mütəxəssislərlə iştirakçılar arasında fikir mübadiləsi də aparılıb və onlara sağlam həyat tərzinin əhəmiyyəti barədə bir sıra tövsiyələr verilib. Bildirilib ki, təhsil müəssisələrində bu cür maarifləndirmə tədbirləri gənclərin sağlamlığına yönəlmiş önəmli addımdır.

Sonda tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

1 /7

Şərhlər

Xəbər lenti

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

18 aprel, 15:15

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

18 aprel, 15:05

Rəqəmlərin rəngi, notların dadı var

18 aprel, 14:44

“Mesajı oxuyanda gözlərim doldu" – 300 bal toplayan paytaxt məktəbliləri

18 aprel, 14:34

Bağçada qısaqapanma nəticəsində tüstülənmə olub

18 aprel, 14:05

ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir

18 aprel, 14:03

Prorektor: Pedaqoji ixtisaslara qəbul planı optimallaşdırılır

18 aprel, 13:43

Qarabağ Universitetində Firuz Səxavətin konserti olub

18 aprel, 13:08

Uşaq hüquqlarına dair elektron məlumat bankı yaradılacaq

18 aprel, 12:48

Sabahın hava proqnozu açıqlanıb

18 aprel, 12:30

Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.