Bütün xəbərlər
17 aprel, 18:10

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom proqramına dair müqavilə imzalanıb.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycanla Çin arasındakı dostluq, tərəfdaşlıq münasibətlərinə diqqət çəkib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirildiyini, ölkələrimizin iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

Yaqub Piriyev dünyada qabaqcıl yer tutan PKTU ilə 2+2 modeli əsasında “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair razılığın əldə edilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır və iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.

Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də öz növbəsində ikili diplom proqramının qədim dostluq əlaqələrinə malik Azərbaycanla Çinin təhsil sahəsində əməkdaşlığının inkişafına xidmət edəcəyinə inandığını deyib. 1958-ci ildə qurulan, Çinin Təhsil Nazirliyinin tabeliyində olan PKTU-nun 63 ölkənin universitetləri ilə əməkdaşlığının mövcudluğunu önə çəkən rektor BMU ilə qurulan əlaqələrə xüsusu önəm verdiklərini qeyd edib. Həmçinin BMU ilə əməkdaşlığın digər istiqamətlərdə də genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.  

Müqaviləyə əsasən, BMU-da “Kimya mühəndisliyi” ixtisasının 1 və 2-ci kurslarını müvəffəqiyyətlə bitirən tələbələr müvafiq prosedurları keçdikdən sonra PKTU-da “Kimya mühəndisliyi və texnologiyası” ixtisası üzrə 3 və 4-cü kurslarda təhsil ala biləcəklər.

İmzalanma mərasimində müqavilədən irəli gələn məsələlər, o cümlədən əməkdaşlığın başqa sahələr üzrə inkişaf etdirilməsi, müəllim, tələbə mübadiləsi və s. nəzərdən keçirilib.

1 /5

Şərhlər

Xəbər lenti

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

18 aprel, 15:15

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

18 aprel, 15:05

Rəqəmlərin rəngi, notların dadı var

18 aprel, 14:44

“Mesajı oxuyanda gözlərim doldu" – 300 bal toplayan paytaxt məktəbliləri

18 aprel, 14:34

Bağçada qısaqapanma nəticəsində tüstülənmə olub

18 aprel, 14:05

ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir

18 aprel, 14:03

Prorektor: Pedaqoji ixtisaslara qəbul planı optimallaşdırılır

18 aprel, 13:43

Qarabağ Universitetində Firuz Səxavətin konserti olub

18 aprel, 13:08

Uşaq hüquqlarına dair elektron məlumat bankı yaradılacaq

18 aprel, 12:48

Sabahın hava proqnozu açıqlanıb

18 aprel, 12:30

Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.