Bütün xəbərlər
10 aprel, 13:15

Daha bir gəncimiz beynəlxalq səviyyədə uğura imza atıb. Belə ki, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının XI sinif şagirdi Şəhla Ələsgərli Fransa dövlətinin tam maliyyə dəstəyi ilə Avropanın nüfuzlu universitetlərinə qəbul olunub.

“Universitetlər yalnız akademik göstəricilərlə kifayətlənməyən, fərqli sahələrə maraq göstərən tələbələrə üstünlük verirlər”

Şəhla Ələsgərli “Azərbaycan müəllimi”nə verdiyi müsahibədə bildirib ki, müəllimləri onun uğur qazanacağına əmin olduqlarını desələr də, üç universitetdən qəbul almağı özü üçün gözlənilməz olub: “Xəbəri alanda bacımla idim, çox sevinmişdim. Üstəlik nəticənin bu qədər tez açıqlanması məni təəccübləndirdi”.

Şəhla hazırda Fransanın nüfuzlu ali təhsil müəssisələri – Grenoble Alpes, Jean Moulin (Lyon 3) və Versaldakı Paris-Saclay Universitetindən qəbul alıb.

Hələlik seçimlə bağlı götür-qoy etdiyini deyən istedadlı gənc uğurunun əsas səbəblərindən də danışıb: “Fikrimcə, fəal şagird olmağım, həmçinin kitab və şeir yazmağım, müxtəlif yarış və müsabiqələrdə iştirak etməyim qəbul prosesinə müsbət təsir edib. Əlbəttə, yüksək nəticə göstərdiyim beynəlxalq imtahanlar və altıdan çox dil bilməyim əsas amillərdən biridir. İngilis, rus, fransız, alman, türk və koreya dillərində sərbəst şəkildə danışıram. Bundan əlavə, ivrit, italyan və ispan dilləri ilə də maraqlanıram”.

O, uğurunu təkcə akademik göstəricilərlə deyil, həm də sosial fəallığı ilə əlaqələndirir: “Yalnız dərslərə fokuslanmırdım. Dünyada baş verən proseslərlə maraqlanmaq, ümumi bilik səviyyəmi artırmaq mənə çox kömək etdi. Fikrimcə, universitetlər yalnız akademik göstəricilərlə kifayətlənməyən, fərqli sahələrə maraq göstərən tələbələrə üstünlük verirlər. Boş vaxtlarımda kitab oxumağı və yazmağı sevirəm. Qazandığım gəlirin böyük hissəsini yeni kitablar almağa sərf edir və evimdə şəxsi kitabxana yaratmışam. Uşaqlıqdan bəri şeir və mahnılar yazıram. Hazırda isə əsas məqsədim romanımı tamamlayaraq nəşr etdirməkdir.

Bədii ədəbiyyat oxumağı sevirəm, janr fərq etmir, əsas odur ki, sevgi mövzusunda olmasın,” – deyə gülümsəyərək qeyd edir. Şeirlərini əsasən ingilis dilində yazır və bu üslubu “confessional writing” adlandırır.

Şəhla həmçinin müxtəlif beynəlxalq və yerli yarışlarda da uğurlar qazanıb. Bunlara World Robot Olympics, STEAM Azerbaijan Festivalı, Qazaxıstanın Alma-Ata Festivalı, ADA Universitetinin IV İngilis dili olimpiadası, TeenEagle mütaliə yarışı və digər tədbirlər daxildir. Onun “Zibilyığan Robot” layihəsi WRO-da ölkə üzrə ikinci yerə layiq görülüb. ADA Universitetinin olimpiadasında isə 1500-dən çox iştirakçı arasında yeddinci yerə çıxıb.

“Gələcəkdə  təhsil hüququ olmayan qadınlara dəstək ola biləcək bir xeyriyyə fondu qurmaq ən böyük arzularımdandır”

Şəhla gələcəkdə hüquq sahəsində təhsil alaraq Birləşmiş Millətlər Təşkilatında çalışmaq və Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyir. O, xüsusilə təhsil hüququndan məhrum olan qadın və qızlara dəstək vermək arzusu ilə yaşayır: “Dərslərin çoxluğundan yorulduğum anlarda, təhsil hüququ olmayan qadınlar yadıma düşür və bu məni ruhlandırır. Gələcəkdə bu qadınlara dəstək ola biləcək bir xeyriyyə fondu qurmaq ən böyük arzularımdandır”.

O, uğurlarında həm valideynlərinin, həm də təhsil aldığı məktəbin – S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının rolunu xüsusilə qeyd edir: “Valideynlərim hər zaman mənə mütaliə sevgisini aşılayıb. Məktəbim isə yarışlara qatılmağım, inkişaf etməyim üçün hər zaman mənə dəstək olub. Məni oxumağa ruhlandıran müəllimlərimə, əməyimizi dəyərləndirən müavin və direktorumuza dərin təşəkkürümü bildirirəm”.

Şərhlər

Xəbər lenti

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

22 avqust, 13:30

Rektor: Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir – MÜSAHİBƏ

22 avqust, 13:05

Məktəblərdə xarici dil seçimi necə aparılır?

22 avqust, 12:56

NDU-da bir sıra ixtisaslarda tədris ingilis dilində aparılacaq

22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

22 avqust, 12:42

4SİM və Stenford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib

22 avqust, 12:29

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.