
Azərbaycana səfərə gələn Türkiyənin Malatya Turqut Özal Universitetinin rektoru professor Recep Bentlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlar AzTU-nun prorektoru Nurəli Yusifbəyli və universitetin nümayəndələri ilə görüşüb.
Prorektor Nurəli Yusifbəyli qonaqları salamlayaraq onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Prorektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, eləcə də AzTU-nun elm və tədqiqat sahəsində gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.
Görüş zamanı AzTU ilə Malatya Turqut Özal Universitetinin nümayəndələri arasında tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, magistratura və doktorantura səviyyəsində ikili elmi rəhbərlik imkanları müzakirə olunub.
Sonda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər