Bütün xəbərlər
15 oktyabr, 17:05

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Rəşad Quluzadə və Nurlan Xəlilov idman yarışlarında uğur qazanıblar.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Bildirilib ki, universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Rəşad Quluzadə Yunanıstanın Loutraki şəhərində keçirilən qol güləşi üzrə dünya çempionatında iki qızıl medal qazanıb. Belə ki, 78 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Quluzadə həm gənclər, həm də kişilər arasında keçirilən yarışlarda bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

AzTU-nun rektoru Vilayət Vəliyev Rəşad Quluzadə ilə görüşüb. Rektor Rəşad Quluzadəni dünya çempionu olması münasibətilə təbrik edib, idman sahəsində hər zaman böyük uğurlar qazanmasını arzulayıb, həmçinin tələbənin dərsləri ilə maraqlanıb.

Uğur qazanan digər tələbə isə Nurlan Xəlilov sambo idman növü üzrə yarışlarda iştirak edərək qalib olub. O, 64 kq çəki dərəcəsində mübarizə apararaq sambo idman növü üzrə yarışlarda bürünc medal qazanıb.    

Qeyd edək ki, Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin universitetlərinin tələbələri arasında keçirilən 7-ci beynəlxalq yarışlarda 5 ölkədən 600-ə yaxın atlet müxtəlif idman növlərində qüvvəsini sınayıb.

1 /3

Şərhlər

Xəbər lenti

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

20 avqust, 09:33

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

20 avqust, 09:30

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.