Bütün xəbərlər
18 yanvar, 11:01

Azərbaycan Texniki Universitetində (AzTU) Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib.

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, təsis yığıncağında AzTU-nun fəxri məzunları qismində Milli Məclisin deputatları Zahid Oruc, Anar Məmmədov, həmçinin veteran məzunlardan məsləhətçi-professor Rəhim Şükürov, eləcə də universitetin məzunu olmuş professor-müəllim heyəti və müxtəlif müəssisə, təşkilat və qurumlarda çalışan 300-dək AzTU məzunu iştirak edib.  

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən AzTU-nun şəhid məzunlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev görüşdə iştirak edən bütün AzTU məzunlarını, tədbirin fəxri qonaqlarını, professor-müəllim heyətini, tələbələri salamlayıb və AzTU Məzun Assosiasiyasının təsis yığıncağını universitetin tarixində mötəbər və yaddaqalan günlərdən biri olduğunu bildirib. Rektor bildirib ki, Məzun Assosiasiyası AzTU məzunları ilə universitet arasında dərin körpü yaratmaq, bu əlaqələri iş, elm və təhsil dünyası üçün daha səmərəli fəaliyyətə çevirmək, ölkə sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanma prosesinə ciddi töhfələri birlikdə və daha effektiv addımlarla atmaq, eləcə də AzTU-nun nüfuzunun beynəlxalq səviyyədə artırmaq üçün qurulub.

AzTU-nun fəxri məzunlarından olan, hazırda Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc əvvəlcə tələbəlik illərini yad edərək AzTU-nun keçmiş və müasir dövrdəki imkanlarını müqayisə edib və indiki tələbələrin daha şanslı olduğunu bildirib. AzTU-nun ölkə sənayesinə töhfə vermiş məzunlarının bölgələrdə, eləcə də Qarabağda və Şərqi Zəngəzurda da fəal olmasını, yeni növ müxtəlif mühəndis məktəblərinin yaradılmasını arzulayıb. Deputat bu istiqamətdə AzTU məzunlarının gələcək uğurlarına inandığını vurğulayıb.

AzTU-nun digər fəxri məzunların biri, hazırda Milli Məclisin deputatı Anar Məmmədov universitetin Məzun Assosiasiyasına uğurlar diləyib, etimad və dəvət üçün AzTU rəhbərliyinə təşəkkürünü bildirib. AzTU Məzun Assoaiasiyasının fəaliyyətində əlindən gələn köməyi əsirgəməyəcəyini deyib.

Görüşdə AzTU-nun ilk məzunlarıdan biri, 72 il əvvəl universiteti bitirmiş, uzun illər universitetin akadamik heyətində çalışmış Prezident təqaüdçüsü, məsləhətçi-professor Rəhim Şükürov çıxışında universitetin tarixi inkişafına nəzər salıb. Rəhim Şükürov universitetin keçmişdən bu günə kimi keçdiyi yoldan, burada müxtəlif illərdə hazırlanan mütəxəsislərdən, elm adamlarından, dövlət və ictimai xadimlərdən, AzTU-nun respublikamızın inkişafındakı rolundan bəhs edib. O bildirib ki, sovetlər dönəmindən bu günə kimi AzTU məzunları ölkə sənayesinin aparıcı simaları olub. Sənayenin müxtəlif sahələrini inkişaf etdirməkdə, ölkənin mühəndis potensialına olan ehtiyaclarını ödəməkdə AzTU-nun verdiyi təhsilin əhəmiyyəti xüsusi vurğulanıb.

AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva Məzun Assosiasiyasının fəaliyyət planı haqqında təqdimat edib.

Bildirib ki, əsas məqsəd universitet və məzunlar arasında əlaqələri gücləndirmək, karyera və mentorluq proqramlarını inkişaf etdirmək, davamlı təhsil və kurslara məzunların cəlb olunmasını təşkil etmək, məzunların universitetə dəstəyini təmin etmək üçün çevik platforma yaratmaqdır. Daha sonra prorektor assosiasiyanın dəyərləri, qoyulmuş hədəflər, məzunlarla aparılan sorğular, boşluqlar, təkliflər və qlobal universitetlərin uğurlu məzun assosiasiyaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov AzTU-nun,  o cümlədən texniki universitetlərin fərqli məzmuna, ölkəmizin inkişafı üçün daha böyük imkanlara malik olması barədə fikirlərini bölüşüb. Sübhan Namazov AzTU Məzun Assosiasiyasının yaradılması üçün təşəbbüs qrupunun fəaliyyəti və Assosasiyanın işinin AzTU üçün uğurlu olacağına inandığı barədə fikirlərini yığıncaq iştirakçılarına bildirib. Prorektor bildirib ki, AzTU Məzun Assosiasiyası İdarə Heyəti, İdarə Heyətinin sədri, Əlaqələndirici Komitə və üzvlərdən ibarət olacaq. Sübhan Namazov məzunların universitetlə əmək bazarını əlaqələndirməklə indiki dövrün tələblərinə uyğun müasir platforma formalaşdırmağa nail olunacağına inamını ifadə edib.

Təsis yığıncağında AzTU Məzunları yekdilliklə millət vəkili, universitetin fəxri məzunu Anar Məmmədovu AzTU Məzunlar Assosiasiyasının sədri seçilməsini dəstəkləyib.

1 /16

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.