Bütün xəbərlər
2 iyul, 09:47

İƏT kimi vacib bir regional format çərçivəsində Qadınlar Forumunun keçirilməsi, qadınların davamlı inkişaf və iqlimə dayanıqlı gələcəyin qurulması sahəsində sistemli və davamlı regional əməkdaşlığın başlanğıcı ola bilər.

“Azərbaycan müəllimi” “Trend”ə istinadən xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu zamanı çıxış edərkən deyib.

O bildirib ki, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir.

"Biz inanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və bu sahədəki müsbət təcrübəsini paylaşmağa hazırdır.

Ölkəmizdə qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modelləri geniş vüsət almışdır.

Eyni zamanda, qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə etmişdir. Gənc qadın alimlərimiz, təşəbbüskar sahibkarlarımız, müəllim və mühəndislərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir.

Laçın da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir. Azərbaycan qadını tarixən güclü ictimai mövqeyə malik olmuşdur. Hələ 1919-cu ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan dövlət olaraq, bu gün biz bu irsin davamçıları kimi, bu sahədə regional əməkdaşlığı daha da möhkəmləndirməyi hədəfləyirik".

"19-cu əsrdə yaşamış məşhur xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev “Qızı oxutsan, bir ailəni savadlandırmış olarsan” kimi mühüm fikiri təşviq edirdi. Onun qızların təhsilinə verdiyi töhfə əvəzsizdir.

“Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz” deyən Ulu öndər Heydər Əliyev müasir Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir. Məhz onun hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət strukturlarında və ictimai işlərdə qadınlar irəli çəkilmişdir. Bunun nəticəsidir ki, 1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin məzrkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamışdır", – deyə Bahar Muradova əlavə edib.

Bahar Muradova bildirib ki, qadın məsələlərinin həlli sahəsində Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğı ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasətinin təzahürüdür.

Onun sözlərinə görə, İƏT Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər:

"Biz bu çərçivədə qadınların regional iqtisadi layihələrdə iştirakını təşviq edə, təhsil və rəqəmsal bacarıqlar üzrə ortaq təşəbbüslər yarada, gənc qadın liderlər üçün yeni platformalar açan bir əməkdaşlıq mərkəzi ola bilərik. Azərbaycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarıdır.

Bu platforma, eyni zamanda, 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər".

Şərhlər

Xəbər lenti

2 iyul, 23:09

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub

2 iyul, 23:06

Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

2 iyul, 20:08

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

2 iyul, 18:54

Xaricdə “İbtidai sinif müəllimliyi” təhsili alanların 90 faizi imtahandan keçə bilməyib

2 iyul, 18:50

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

2 iyul, 17:54

“Sertifikatlaşdırma təhsil həyatında yeni uğurlar əldə etməyə imkan yaradır” – Müəllimlərin təəssüratları

2 iyul, 17:16

"SABAH-ın məzunu 2025” tədbiri keçirilib

2 iyul, 17:15

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

2 iyul, 16:38

“Səhnəyə çıxanda özümü rahat hiss edirəm” – Ayanın uğur yolu

2 iyul, 16:10

Nazir müavini: Ölkənin gələcəyi yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.