Bütün xəbərlər
4 fevral, 11:59

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) “Beyin Mərkəzi” layihəsi çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb.

Bu barədə Agentlikdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, bu saziş çərçivəsində AKM tərəfindən Peşə Təhsili Mərkəzində aşağıdakı fəaliyyətlər həyata keçiriləcək:

• İnformasiya kommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində keçirilən fənlərin sillabusları dəyərləndiriləcək, yeni mövzular təklif olunacaq və müasir tələblərə uyğun olaraq yenilənəcək.

• Müəllimlər və tələbələr üçün kompüter sistemlərində proqramlaşdırma, informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində müxtəlif seminarlar və təlimlər təşkil ediləcək.

• Təhsil alan tələbələrin bir hissəsinin istehsalat təcrübəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil ediləcək və bu proses üçün müvafiq imkanlar araşdırılacaq.

• AKM mütəxəssisləri tərəfindən tələbələrə həm əyani, həm də distant formada mühazirələr və seminar məşğələləri keçiriləcək, zəruri hallarda mütəxəssislər tədris prosesinə müəllim kimi cəlb ediləcək.

• Praktiki dərslərdə AKM-in mütəxəssisləri və Agentliyin əməkdaşları birgə iştirak edəcək, tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar öyrədiləcək.

• Mərkəzin laboratoriya imkanlarının yetərsiz olduğu hallarda praktiki təlimlər AKM-in resurslarından istifadə edilməklə təşkil olunacaq.

• AKM-in İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu ilə əməkdaşlığı çərçivəsində təlim proqramında iştirak edən tələbələrə uyğun dərslər üzrə kreditlərin tanınması təmin ediləcək.

• Tələbələrin təhsil aldıqları müəssisələrdə “Kiberklub”ların yaradılmasına dəstək veriləcək, həmçinin bu klubların fəaliyyət planlarının hazırlanması həyata keçiriləcək.

Qeyd edək ki, “Beyin Mərkəzi” layihəsi ölkədə kibertəhlükəsizlik sahəsində insan kapitalının təhsil və peşəkar hazırlıq səviyyəsini artırmaq üçün nəzərdə tutulub. Layihə ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbələr və müəllimlər üçün kibertəhlükəsizlik üzrə qlobal bazarın ən son trendlərini və müasir tendensiyalarını tədris prosesinə inteqrasiya etməyi hədəfləyir. Eyni zamanda, müasir təlim avadanlıqları quraşdırılır, virtual laboratoriyalar yaradılır və tələbələrin peşəkar təcrübə qazanması üçün şərait təmin edilir. Layihə çərçivəsində, həmçinin universitetlərdə “Kiberklub”lar təsis edilir, əmək bazarının tələbləri öyrədilir və bu biliklər tədrisə uyğunlaşdırılır.

1 /1

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.