Bütün xəbərlər
20 fevral, 11:46

Bu gün Bakı Dövlət Universitetində (BDU) “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev universitetin təhsil göstəricilərini təqdim edib. O bildirib ki, bu il BDU-da bakalavriat və magistratura səviyyələri üzrə 25 minə yaxın tələbə təhsil alır. Onların 16 641 nəfəri, yəni təxminən 67.2%-i qızdır:

"Bu il BDU-ya 5 414 tələbə qəbul olub, onların 3 803 nəfəri, başqa sözlə, 70 faizi qızdır. Son imtahan sessiyasında isə qız tələbələrin müvəffəqiyyət göstəricisi oğlan tələbələrlə müqayisədə təxminən 20% daha yüksək olub", – deyə rektor qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycanda qızların təhsil imkanlarının genişləndirilməsinin uzunmüddətli hədəflərdən biri olduğunu vurğulayıb: "Təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tez 20 il sonra görünür. Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Bu səbəbdən qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacibdir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə əlavə edib ki, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşıyır, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli bir sahədir: "Bu gün Azərbaycanda hər bir vətəndaşın təhsil alması üçün müvafiq şərait yaradılıb. Dövlətimiz bu sahədə ayrı-seçkiliyə yol verilməməsi, mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrində təhsilalanlar üçün bərabər imkanların yaradılmasını təmin edir”. 

Konfrans mövzu ətrafında çıxışlarla davam edib və daha sonra BDU ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Memorandum imzalanıb.

Qeyd edək ki, konfrans BDU, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub.

1 /5

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.