Bütün xəbərlər
27 may, 09:52

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) birgə əməkdaşlığı ilə universitetin həyətində “Tələbə məkanı” açılıb.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, yeni açılan “Tələbə məkanı” BDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərə ən gözəl nümunələrdən biridir. Azərbaycan Konstitusiyasında hər bir şəxsin təhsil hüququ ilə yanaşı, istirahət hüququ, sosial xidmət hüququ var. “Tələbə məkanı” BDU tələbələrinin sosial həyatına rəngarənglik qatacaq, onların şəbəkələşməsinə imkan yaradacaq.

Rektor bildirib ki, “Tələbə məkanı” tələbələrin asudə vaxtlarını keçirəcəyi, birgə debatlar, müzakirələr aparacağı, ünsiyyət quracağı bir yer olacaq: “Burada yalnız Bakı Dövlət Universitetinin deyil, digər ali təhsil müəssisələrinin tələbələri də layihələrini həyata keçirə biləcəklər. Bu məkan planlaşdırılarkən müasir dövrün çağırışları, xüsusilə də dövlətimizin yaşıl texnologiyalar və ekoloji problemlərin həlli ilə bağlı siyasəti əsas götürülüb. Ərazidəki bütün işıqlandırma Günəş panelləri vasitəsilə təmin olunur. Layihənin mühüm cəhətlərindən biri də 24 saat fəaliyyət göstərəcək minikitabxanadır. İstənilən tələbə istənilən vaxt oradakı kitabları oxuya, onlardan bəhrələnə və daha sonra geri qaytara bilər. Hətta öz kitablarını da kitabxanaya əlavə edə bilər”.

AHİK sədri Sahib Məmmədov Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, Ulu Öndərin məzunu olduğu BDU-nun Azərbaycanın elm-təhsil məkanında böyük rolunun olduğunu qeyd edib. Bildirib ki, son illərdə universitetdə müasir dövrün çağırışlarına uyğun olaraq islahatlar həyata keçirilir. O, AHİK-in BDU ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb, “Tələbə məkanı”nın universitet tələbələrinin sosial inkişafına xidmət etdiyini vurğulayıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə çıxışlarında “Tələbə məkanı”nın tələbələrin sosiallaşmasına, liderlik bacarıqlarının artmasına, universitetin inkişafına təkan verəcəyini bildiriblər.

1 /16

Şərhlər

Xəbər lenti

29 may, 19:43

NDU-nun rezidentura üzrə 109 məzunu olub

29 may, 18:40

Nazir müavini Firudin Qurbanov Göygöldə olub

29 may, 17:54

MÜTDA rəsmisi MİQ və sertifikasiyaya hazırlaşanlara çağırış edib

29 may, 17:53

AzMİU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək

29 may, 17:34

Məktəblimiz 19-cu Asia Pasifik İnformatika Olimpiadasında uğur qazanıb

29 may, 17:21

Bu halda sertifikasiyada müəllimə əlavə vaxt verilir

29 may, 17:18

Sertifikasiya suallarının çətinlik səviyyəsinə aydınlıq gətirildi

29 may, 17:05

Naxçıvan Dövlət Universiteti üçün böyük kampus qurulacaq

29 may, 17:01

“Daha yaxşı işləmək üçün tənqidə və şərhlərə ehtiyacınız var” – Nobel laureatı 

29 may, 16:27

Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? AÇIQLAMA

29 may, 16:17

“Parla” proqramının iştirakçıları “Glensol” müəssisəsinə səfər ediblər

29 may, 15:57

Metodistlərin fəaliyyətinə dair monitorinqlər davam edir

29 may, 15:54

Məzunlar üçün iş imkanları: Lənkəranda yarmarka həyəcanı – REPORTAJ

29 may, 15:45

Şuşa festivalının iştirakçıları Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar

29 may, 15:27

İyunun 1-də Uşaq Festivalı keçiriləcək

29 may, 15:25

ADPU-da “Müasir təhsildə innovasiya” mövzusunda panel müzakirə keçirilib

29 may, 15:18

LDU-da “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib

29 may, 15:00

Tədris üçün dərsliklər yetərlidirmi? – Sorğu

29 may, 14:56

Rektor məktəblinin arzusunu reallaşdırdı

29 may, 14:54

Türkiyəli qonaqlar Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində olublar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.