27-30 yanvar tarixlərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə aşağı yaş qrupu üzrə riyaziyyat fənnindən intensiv dərslər təşkil edilib.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, dərslərin keçirilməsində məqsəd olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nəaliyyətlərinin daha da yüksəldilməsidir.
Beynəlxalq olimpiada hazırlıq komandasının müəllimləri 4 gün ərzində hazırlıq komandasına yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim edilən sualları izah ediblər.
Qeyd edək ki, düşərgə Təhsil Texnologiyalar Mərkəzində təşkil edilib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)