Bütün xəbərlər
21 oktyabr, 17:44

Məlum olduğu kimi, oktyabrın 15-dən Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilib. 

“Azərbaycan müəllimi” müsabiqə barədə tez-tez verilən sualların cavablarını təqdim edir:

BilBacara kim qoşula bilər?

BilBacar müsabiqəsinə respublikanın bütün ümumtəhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri qoşula bilər.

Bilbacar müsabiqəsinin məqsədi nədir?

VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etməkdir.

Qeydiyyatdan necə keçmək olar?

Qeydiyyatdan iki üsulla keçmək olar: 
- Şagird bilbacar.edu.az saytında “Qeydiyyatdan keçin” bölməsinə daxil olaraq qeydiyyatdan keçir; 
- Məktəbin BilBacar koordinatoru şagirdi qeydiyyatdan keçirir.

Müsabiqə nə vaxta qədər davam edəcək?

Müsabiqə oktyabr-iyun ayları ərzində davam edəcək. Oktyabr-may ayları üzrə 8 seansdan ibarət onlayn mərhələ, iyun ayında isə əyani formada final mərhələsi keçiriləcək.

Müsabiqəyə necə hazırlaşmaq olar?

Saytda qeydiyyatdan keçdikdən sonra “Hazırlıq” bölməsinə daxil olaraq “Yarış”da qarşınıza çıxacaq suallara bənzər suallarla tanış ola, eyni zamanda onları həll edərək bal toplaya bilərsiniz.

Müsabiqədə qalib gəldiyini necə bilmək olar?

Hər ay “Yarış” bitdikdən sonra öz nəticənizi respublika üzrə, regional təhsil idarəsi üzrə, məktəb üzrə və eyni zamanda liqalar üzrə görə bilərsiniz.

Liqalar nədir?

İştirakçı müsabiqədə əldə etdiyi nəticəsinə uyğun olaraq 7 liqadan (səviyyədən) birində qərarlaşır:

Platinium (640 – 660 arası bal toplayan şagirdlər)

Çempion (600 – 639 arası bal toplayan şagirdlər)

Kristal (550 – 559 arası bal toplayan şagirdlər)

Qızıl (500 – 549 arası bal toplayan şagirdlər)

Gümüş (450 – 499 arası bal toplayan şagirdlər)

Bürünc (400– 449 arası bal toplayan şagirdlər)

Fəal iştirakçı (100 – 399 arası bal toplayan şagirdlər)

Hansı fənlərdən sualları cavablandırmaq lazımdır?

Bütün müsabiqə boyu üç fənn üzrə sualları cavablandıracaqsınız:

- riyaziyyat:          20 sual

- oxu:                   20 sual

- təbiət elmləri:    20 sual

Məktəb BilBacarda iştirak etmirsə, fərdi şəkildə iştirak etmək olar?

Məktəbinizə müraciət edərək iştirak etmək istədiyinizi bildirin. Məktəbiniz müvafiq regional təhsil idarəsinə müraciət etməklə və ya bilbacar.edu.az saytında “İştirak üçün müraciət et” düyməsini klikləyərək müsabiqəyə qoşula bilər.

"Hazırlıq" və "Yarış" nədir?

“Hazırlıq” iştirakçıların “Yarış”a hazırlığı üçün nəzərdə tutulub. Şagirdlər bu bölməyə istənilən məkandan və istənilən vaxt (kompüter, planşet və ya telefon vasitəsilə) daxil ola bilərlər. “Hazırlıq” bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir. “Hazırlıq” bölməsindəki tapşırıqlar 1 ay müddətində açıq olacaq. Şagirdlər bu bölmədəki tapşırıqları bir dəfəyə tamamlamağa məcbur deyil, hissə-hissə də cavablandıra bilərlər. Şagirdlər “Hazırlıq” bölməsindəki bütün suallara cavab verib, təsdiq etdikdən sonra bu mərhələ yekunlaşır və onlar topladıqları balı görə bilirlər. Yanlış cavablandırılan suallara görə bal çıxılmır. Bu mərhələ üzrə suallar hər ay yenilənir. Bu bölmədə qazanılmış ballar yarış bölməsində qazanılmış ballara əlavə olunur.  

“Yarış” bölməsi ayda bir dəfə aktivləşməklə 8 seansdan (imtahandan) ibarətdir. Yarış bölməsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşayiəti ilə keçirilir. Hər seansın müddəti 2 saatdır. Həm “Hazırlıq”, həm də “Yarış” bölməsində 60 tapşırıq mövcuddur və bu tapşırıqları həll etmək üçün şagirdlərə 2 saat vaxt verilir.

Müsabiqə nə zaman bitəcək?

2024-cü ilin oktyabr ayından etibarən başlayan və ümumilikdə 9 ay davam edən müsabiqədə şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər. Müsabiqə 2 mərhələdən ibarətdir:

I mərhələ virtual platforma üzərindən 2024-cü ilin oktyabr ayı - 2025-ci ilin may ayı ərzində davam edir.

II mərhələ 2025-ci ilin iyun ayında əyani formatda keçirilir.

Sualları yalnız kompüter vasitəsilə cavablandırmaq mümkündür?

“Hazırlıq” bölməsinin suallarını kompüter, planşet və ya telefondan istifadə etməklə cavablandıra bilərsiniz. Lakin “Yarış” bölməsindəki sualları yalnız kompüter vasitəsilə və məktəb koordinatorunun nəzarəti altında ayda bir dəfə cavablandırmaq olar.

BilBacar nəticəsini necə paylaşmaq olar?

Şagirdlər şəxsi kabinetlərinə daxil olaraq öz nəticələrini izləyə və sosial şəbəkələr vasitəsilə paylaşa bilərlər.

Məktəbi müsabiqə üçün qeydiyyatdan necə keçirmək olar?

Məktəblər 2 üsulla qeydiyyatdan keçə bilərlər:

- BilBacarda iştirak etmək istəyən məktəblər tabe olduqları quruma (Regional Təhsil İdarəsi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və s.) müraciət edir, həmin qurumlar isə Azərbaycan Respublikasının Təhsil İnstitutuna bu barədə məlumat göndərir. ARTİ müvafiq məktəblər üzrə hesabları yaradır.

- Sayt vasitəsilə “Məktəblər üçün müraciət" bölməsini doldurmaqla.

Müsabiqədə iştirak ödənişlidirmi?

Xeyr, müsabiqədə iştirak tamamilə ödənişsizdir.

Müsabiqədə keçid balı varmı? Növbəti mərhələyə keçib keçmədiyini necə bilmək olar?

Şagirdlər 2025-ci ilin iyun ayına qədər hər ay “Hazırlıq” və “Yarış”da iştirak edəcəklər. Əgər şagirdin məktəbi BilBacarda iştirak etmirsə, şagird sadəcə “Hazırlıq” suallarını cavablaya biləcək, əgər məktəb BilBacarda iştirak edirsə, şagird “Yarış”da da iştirak edəcək. Nə "Hazırlıq"da, nə də "Yarış"da keçid balı yoxdur, şagird hər ikisində də hər ay iştirak edə bilər. Gələn ilin iyun ayına qədər hər sinif (VIII, IX və X siniflər) üzrə aylar ərzində ümumi balı ən yaxşı olan 150 şagird final mərhələsində iştirak edəcək.

Koordinatorlar şagirdləri qeydiyyatdan keçirmək üçün hansı linkdən istifadə etməlidirlər?

Koordinatorlar şagirdlərin qeydiyyatı üçün https://bilbacar.edu.az/admin/login linkindən istifadə etməlidirlər.

Qeydiyyatdan keçərkən yazdığım nömrəni və ya əldə etdiyim şifrəni yeniləyə bilərəm?

Şagird “Şifrəni unutdum” bölməsinə daxil olaraq nömrəsini və utis şifrəsini daxil edir və yeni şifrə təyin edir.

BilBacar müsabiqəsində özəl müəssisələrin şagirdləri də iştirak edə bilər?

Bəli, müsabiqədə özəl məktəblərin şagidləri də iştirak edə bilər. Saytda "Məktəblər üçün müraciət" bölməsindən məktəb sorğu göndərərək müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilər.

BilBacarda rus bölməsində təhsil alan şagirdlər iştirak edə bilərmi?

Bəli, müsabiqə iki dildə keçirilir: Azərbaycan və rus. Hər iki bölmədə təhsil alan şagirdlər müsabiqədə iştirak edə bilərlər.
 

Şərhlər

Xəbər lenti

20 may, 21:02

Bakı Avropa liseyində “Gələcəyin peşələri” mövzusunda tədbir keçirilib

20 may, 17:50

Azərbaycan üzrə PISA 2025 davam edir

20 may, 17:45

Dövlət Proqramı iştirakçısı ABŞ-nin akademik fəxri cəmiyyətinə üzv seçilib

20 may, 17:40

BANM ilə Malayziyanın Petronas Texnoloji Universiteti arasında əməkdaşlıq yaradılır

20 may, 17:33

MİQ-də iştirak etmək istəyənlərin nəzərinə: qeydiyyat başlayır

20 may, 17:26

Qısamüddətli peşə təlimlərini bitirən müdavimlərə sertifikatlar təqdim olunub

20 may, 17:07

ATİAHİ 308 tələbəyə “Adlı təqaüd” verib

20 may, 17:05

Elm və təhsil naziri gürcüstanlı həmkarı ilə görüşüb

20 may, 16:02

Azərbaycan alimlərinin növbəti uğuru

20 may, 16:00

SABAH qrupları magistratura səviyyəsi üzrə professor-müəllim axtarır

20 may, 15:24

ADU-da “Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda forum keçirilib

20 may, 15:22

SABAH qrupları bakalavriat səviyyəsi üzrə professor-müəllim vakansiyası elan edir

20 may, 15:04

"Rəqəmsal rənglər" adlı rəsm sərgisi keçirilib

20 may, 14:37

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

20 may, 14:30

Dövlət Proqramı iştirakçısı beynəlxalq simpoziumda iştirak edib

20 may, 14:12

Sabahın hava proqnozu açıqlanıb

20 may, 13:57

İkili diplom proqramının məzunları ilə görüşlər keçirilir

20 may, 13:55

ADPU-nun prorektoru Özbəkistanda fəxri professor adına layiq görülüb

20 may, 12:52

İki direktora şiddətli töhmət verilib

20 may, 12:40

"Son zəng" tədbirlərinin keçiriləcəyi vaxt açıqlandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.