Bütün xəbərlər
27 fevral, 12:20

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib. Biologiya üzrə ümumilikdə 5 mövzu üzrə 50 sual təqdim ediləcək. Canlıların quruluşu və müxtəlifliyi mövzusu üzrə 12, “Bioloji proseslər” üzrə 15, “İnsan və onun sağlamlığı” mövzusunda 11, “Canlıların təkamülü” və “Canlılar və ətraf mühit” mövzularından isə hər birindən 6 sual təqdim ediləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, qiymətləndirmə çərçivəsinə əsasən, biologiya müəllimləri üçün sertifikatlaşdırma mövzuları aşağıdakılardır:

➢ Canlıları öyrənən elm sahələri
➢ Canlıların əsas xüsusiyyətləri
➢ Canlıların təsnifatı
➢ Orqanizmin təşkili səviyyələri
➢ Biologiyanın tədqiqat üsulları
➢ Canlıların müxtəlifliyi
➢ Canlı orqanizmlərin quruluşu
➢ Hüceyrə və onun kimyəvi tərkibi

2. Bioloji proseslər

➢ Canlılarda qıcıqlanma. Reflekslər
➢ Canlılarda qidalanma
➢ Canlı orqanizmlərdə qanın hərəkəti
➢ Canlılarda tənəffüs
➢ Canlılarda ifrazat
➢ Canlılarda çoxalma və inkişaf
➢ Canlılarda hərəkət
➢ Canlılarda dəyişkənlik
➢ Canlılarda irsiyyət və onun qanunauyğunluqları
➢ Canlılarda gedən biokimyəvi proseslər
➢ Canlılarda maddələr mübadiləsi
➢ Seleksiya və onun metodları

3. İnsan və onun sağlamlığı

➢ İnfeksion xəstəliklər
➢ Qan xəstəlikləri
➢ Sinir sistemi xəstəlikləri
➢ Həzm orqanlarının xəstəlikləri
➢ İrsi xəstəliklər
➢ Maddələr mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər
➢ Avitaminozlar
➢ Müxtəlif zədələnmələr və ilk yardımlar

4. Canlıların təkamülü

➢ Həyatın yaranması haqqında müxtəlif təsəvvürlər
➢ Təkamül təlimi
➢ Təkamülün hərəkətverici qüvvələri
➢ Mikro və makro təkamül
➢ Təkamülün yolları və istiqamətləri
➢ İnsanın təkamülü

5. Canlılar və ətraf mühit

➢ Orqanizm və ətraf mühit
➢ Ekoloji amillər
➢ Ekoloji sistemlər
➢ Ekosistemdə canlılar arasında qarşılıqlı münasibətlər
➢ Maddələr dövranı
➢ Bioloji müxtəlifliyin saxlanılması
➢ Biosfer

Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).

Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.

Şərhlər

Xəbər lenti

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

5 iyun, 14:01

UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.