Bütün xəbərlər
11 avqust, 16:49

Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova: “Qarabağ Universitetində müəllim hazırlığını sadəcə fənn öyrətmək kimi görmürük”

– Pedaqoji fakültədə hansı ixtisaslar üzrə təhsil almaq mümkündür?

– Pedaqoji fakültəmizdə gələcəyin müəllimlərini hazırlamaq üçün 8 bakalavr proqramı təklif olunur: Riyaziyyat müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, İngilis dili müəllimliyi, Coğrafiya müəllimliyi, Tarix müəllimliyi, Biologiya müəllimliyi və Kimya müəllimliyi. Hər bir ixtisas proqramı həm elmi bilikləri, həm də pedaqoji bacarıqları özündə birləşdirərək tələbələri müasir məktəb mühitinə hazırlayır. Beynəlxalq təcrübələrə əsaslanan kurikulum tələbələrin yalnız müəllim deyil, həm də təhsil lideri kimi formalaşmasına xidmət edir.

– Pedaqoji təhsilə yanaşmanız nə ilə fərqlənir?

– Qarabağ Universitetində biz müəllim hazırlığını sadəcə fənn öyrətmək kimi görmürük. Burada əsas məqsəd düşünən, dəyər verən, dəyişən və dəyişdirən müəllimlər yetişdirməkdir. Tədris modelimiz tələbəyə yalnız bilik verməkdən ibarət deyil - o, tələbənin tənqidi düşünmə, empatiya qurma, yaradıcı həll yolları tapma və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirməyə yönəlib. Bizim üçün müəllimlik sadəcə peşə deyil, bu, bir missiyadır. Və bu missiya Qarabağ Universitetində mümkündür.

– Tədris məzmunu və tələbələrə qazandırılan bacarıqlar barədə nə deyə bilərsiniz?

– Tədris planlarımız müasir akademik biliklərlə yanaşı, innovativ pedaqoji yanaşmaları da əhatə edir. Tələbələr rəqəmsal pedaqogika, dizayn təfəkkürü, layihə əsaslı öyrənmə, sinif idarəetməsi, inklüziv təhsil, sosial və emosional öyrənmə (SEL) kimi istiqamətlərdə də bacarıqlar qazanırlar. Biz tələbələrə elə ilk kursdan gələcəyin müəllimləri kimi baxır, onların məktəb mühitinə tez uyğunlaşması üçün mentorluq, müşahidə dərsləri və məktəb təcrübələrini erkən mərhələdən tətbiq edirik.

– Pedaqoji fakültənin akademik heyəti və tələbə həyatı barədə nə demək istərdiniz?

– Fakültəmizdə təcrübəli professor-müəllim heyəti ilə yanaşı, gənc və enerjili tədqiqatçı və pedaqoqlar da fəaliyyət göstərir. Onlar tələbələrə təkcə dərsdə deyil, dərsdən kənarda da dəstək olur, tələbələrin inkişafına istiqamət verirlər. Tələbə həyatı isə burada olduqca zəngindir. Tədrislə yanaşı, klublar, fakültativlər, pedaqoji layihələr, təlimlər, könüllülük fəaliyyətləri və məktəblərlə əməkdaşlıq proqramları sayəsində tələbələr həm öyrənir, həm də öyrədirlər.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.