Bütün xəbərlər
22 yanvar, 14:40

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gülün rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının ali məktəbləri və şirkətləri ilə müzakirələr aparmaq, əməkdaşlıq əlaqələri qurmaq məqsədilə Pekin şəhərində səfərdə olub. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Çinin tanınmış universitetləri və müəssisələri ilə mühüm razılaşmalar əldə edilib.

Pekin Kimya Texnologiyaları Universitetinin rəhbərliyi və əməkdaşları ilə keçirilən görüşdə iki ali məktəb arasında əlaqələrin yaradılması istiqamətində geniş fikir mübadiləsi aparılıb. “Kimya mühəndisliyi” ixtisası üzrə Çində və dünyada ən üst reytinqlərdə yer alan universitetlə aparılan səmərəli müzakirələr nəticəsində ali təhsil ocaqları arasında niyyət anlaşması imzalanıb və 2+2 şəklində ikili diplom proqramının həyata keçirilməsinə dair razılıq əldə olunub.

BMU nümayəndə heyəti səfər zamanı, həmçinin Pekin Politexnik Kolleci, Pekin Jıaotong və İnformasiya Texnologiyaları universitetlərini də ziyarət edib. Kollecdə smart təhlükəsizlik sistemi, smart inşaat mühəndisliyi və mexanika laboratoriyalarına dair geniş təqdimat dinlənilib, adıçəkilən universitetlərdə isə IT, kompüter elmləri, kompüter mühəndisliyi sahələrinin inkişafı, o cümlədən  “İnformasiya təhlükəsizliyi” ixtisasının tədris planlarının geniş müzakirəsi aparılıb. Pekin Politexnik Kollecindən BMU-ya tələbə (subbakalavr) göndərilməsi məsələsində ilkin razılıq əldə olunub. Habelə Pekin İnformasiya Texnologiyaları Universiteti ilə də ikili diplom proqramı üzrə əməkdaşlıqda ilkin razılığa gəlinib.

Səfər çərçivəsində digər bir mühüm görüş BEIFANG Avtomobil Təhsil Qrupu ilə keçirilib. Görüşdə dünyanın tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq edən, maşın istehsalçısı müəssisələri, həmçinin mühəndislik ixtisaslarında təhsil alanlar üçün üz-üzə, o cümlədən onlayn master-klas və təlimlər verən BEIFANG Avtomobil Təhsil Qrupu ilə niyyət anlaşması imzalanıb. Görüş zamanı Avtomobil Təhsil Qrupunun BMU-da mərkəz (lab/hub) qura biləcəyi imkanı ayrıca müzakirə olunub, sonda həm mərkəzin qurulması, həm də müəllimlərə təlimlərin verilməsi istiqamətində yekdil rəyə gəlinib.   

Daha sonra Çinin avtomobil sənayesinin aparıcı müəssisələrindən sayılan BAlC şirkətinə baş çəkən universitet əməkdaşları zavodun iş prinsipi, istehsal prosesi ilə yaxından tanış olublar. Sənaye qurumunun nümayəndələri ilə aparılan danışıqlarda BMU müəllimlərinin təlim, tələbələrinin isə təcrübə proqramlarında iştiraklarının mümkünlüyünə aydınlıq gətirilib.

Səfər zamanı universitet-sənaye əməkdaşlığının gücləndirilməsi üçün  Çinin XIMMERS şirkəti nümayəndələrinin BMU-ya səfərləri ilə bağlı da razılıq əldə olunub.  

1 /8

Şərhlər

Xəbər lenti

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? — RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırılmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.