
Bakı Mühəndislik Universiteti (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin “CyberClub BEU” klubunun təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusunda tələbələr üçün seminar keçirilib.
BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, tələbələrin kibertəhlükəsizlik üzrə praktik biliklərinin daha da dərinləşdirilməsi məqsədilə təşkil olunan seminarda fakültənin Kibertəhlükəsizlik laboratoriyasının müdiri Kamran Abdullazadə “Yeni başlayanlar üçün kiberhücum platformaları”, laboratoriyanın mütəxəssisi Mədin Qəhrəmanov isə “Kibertəhlükəsizlikdə müdafiə alətləri” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda bu sahənin hazırkı problemləri, hücum və müdafiə texnologiyalarından ətraflı bəhs olunub, habelə kibertəhlükəsizlik alətləri və onların istifadə sahələri diqqətə çatdırılıb.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər