Bütün xəbərlər
28 may, 09:25

Mayın 27-də Bakı Slavyan Universitetində (BSU) tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə II karyera yarmarkası təşkil olunub. Tədbir Dövlət Məşğulluq Agentliyinin (DMA) dəstəyi ilə həyata keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, yarmarka çərçivəsində BSU-nun əsas binasının I mərtəbəsində keçirilən tədbirdə ölkənin aparıcı şirkətləri iştirak edərək tələbə və məzunlarla birbaşa ünsiyyət imkanı əldə ediblər.

Tədbirin açılış mərasimində çıxış edən universitetin rektoru Anar Nağıyev yarmarkanın əhəmiyyətinə toxunaraq BSU-da ikinci dəfə təşkil edilən karyera yarmarkasında Azərbaycanın iqtisadiyyatında öz sözünü demiş şirkətlərin və müəssisələrin iştirakından məmnunluq duyduğunu bildirib.

O qeyd edib ki, bu təşəbbüslər tələbələrin karyera inkişafına ciddi töhfə verir.
Rektor vurğulayıb ki, DMA-nın dəstəyi ilə keçirilən əmək yarmarkası təkcə tələbələrin və məzunların işlə təmin edilməsi məqsədi daşımır, eyni zamanda ali təhsil müəssisəsi olaraq məzunların karyera planlaması ilə bağlı gələcəyə baxışını müəyyən edir.

O, sonda karyera sərgisində tələbələri fəal iştirak etməyə çağırıb və onlara uğurlar arzulayıb.
Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə çıxış edərək qeyd edib ki, DMA müxtəlif universitetlərdə mütəmadi olaraq əmək yarmarkaları təşkil etməklə, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atır.

O bildirib ki, bu dəfəki karyera sərgisində 39 müəssisə tərəfindən 400 vakansiya təqdim edilib. Bu yarmarka vasitəsilə işəgötürənlərlə iş axtaranlar arasında xüsusi bir müstəvi yaranır ki, bu da məzunlar üçün yeni karyera imkanları deməkdir.

Ramal Quluzadə əlavə edib ki, DMA tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında BSU məzunları çox yaxşı göstəricilərə malikdir.

Çıxışlardan sonra tədbir iştirakçıları stendlərə baxış keçiriblər.

Yarmarka çərçivəsində tələbələr şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, vakansiyalarla tanış olmaq və işə qəbul imkanları barədə məlumat almaq imkanı əldə ediblər.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib.

1 /10

Şərhlər

Xəbər lenti

29 may, 16:17

“Parla” proqramının iştirakçıları “Glensol” müəssisəsinə səfər ediblər

29 may, 15:57

Metodistlərin fəaliyyətinə dair monitorinqlər davam edir

29 may, 15:54

Məzunlar üçün iş imkanları: Lənkəranda yarmarka həyəcanı – REPORTAJ

29 may, 15:45

Şuşa festivalının iştirakçıları Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar

29 may, 15:27

İyunun 1-də Uşaq Festivalı keçiriləcək

29 may, 15:25

ADPU-da “Müasir təhsildə innovasiya” mövzusunda panel müzakirə keçirilib

29 may, 15:18

LDU-da “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib

29 may, 15:00

Tədris üçün dərsliklər yetərlidirmi? – Sorğu

29 may, 14:56

Rektor məktəblinin arzusunu reallaşdırdı

29 may, 14:54

Türkiyəli qonaqlar Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində olublar

29 may, 14:47

Alimlər ilk dəfə maye karbon əldə edə biliblər

29 may, 14:43

Dünyaşöhrətli alim rektorun müşaviri təyin edildi

29 may, 14:37

Seysmologiya üzrə mütəxəssisin monoqrafiyası çapdan çıxıb

29 may, 14:30

ADPU-da ikili diplom magistr proqramının IV məzun buraxılışı keçirilib

29 may, 14:15

“Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışıram” – Oksford Universitetinin tələbəsi

29 may, 13:55

NDU-da tibb təhsili mövzusunda konfrans keçiriləcək

29 may, 13:50

BMU tələbələrinin layihəsi beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb

29 may, 13:29

Peşə təhsili üzrə məzunların məşğulluq reytinqi hazırlanır

29 may, 13:28

Sabaha olan hava proqnozu açıqlanıb

29 may, 13:12

İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.