Bütün xəbərlər
29 may, 13:29

“Məzunların məşğulluq reytinqi platforması” bizə ali təhsil müəssisələrini bitirən məzunların əmək bazarına inteqrasiyası, məşğulluq dövrləri və trendlərini real vaxtda izləmək imkanı yaradır”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu rəqəmsal sistem vasitəsilə məzunların hansı ixtisaslar üzrə, hansı iqtisadi fəaliyyət sahələrində daha çox təmsil olunduqları müəyyən edilir. Bu da əmək bazarının tələbləri ilə təhsil sisteminin təklif etdiyi ixtisaslar arasında uyğunluğu təhlil etməyə və bu istiqamətdə əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir.

Sadiq Əliyev əlavə edib ki, platforma həmçinin muzdla çalışan şəxslərin hansı sektorlarda daha aktiv fəaliyyət göstərdiyini izləməyə, məşğulluq dinamikasını təhlil etməyə və əmək bazarında formalaşan sektorial trendləri müşahidə etməyə şərait yaradır:

“Bu baza bizə imkan verir ki, universitetlər və ixtisaslar üzrə nəticələri müqayisə edək, hansı ali təhsil müəssisəsinin məzunlarının əmək bazarına daha uğurla inteqrasiya olunduğunu müəyyənləşdirək. Nəticədə əmək bazarında hansı ixtisaslara daha çox tələbat olduğunu və bu tələbatın strukturunu dəqiq şəkildə müəyyənləşdirmək mümkün olur. Bu da təhsil proqramlarının optimallaşdırılması və ixtisas seçiminin daha düzgün istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Agentlik sədri sonda qeyd edib ki, artıq peşə təhsili üzrə məzunların məşğulluq göstəricilərinin izlənməsi istiqamətində işlərə başlanılıb. Gələcəkdə bu sahəyə dair məlumatların da reytinq platformasına inteqrasiyası planlaşdırılır:

“Bu, bizə yalnız ali təhsil üzrə deyil, ümumilikdə milli səviyyədə kadr hazırlığı və məşğulluq siyasətini daha hədəfli şəkildə qurmağa imkan verəcək. Sözügedən platforma təhsil və məşğulluq sahələri arasında körpü rolunu oynayır və həm qərarverici qurumlara, həm də ictimaiyyətə mühüm analitik imkanlar təqdim edir”.

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.