
Ölkəmizdə səfərdə olan Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
BŞTİ-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Ankara, İstanbul, İzmir və Bursa şəhərləri üzrə təhsil idarələrinin rəhbər şəxsləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüş çərçivəsində iki ölkə arasında məktəbəqədər və ümumi təhsilin müxtəlif istiqamətləri, o cümlədən Azərbaycanla Türkiyənin qardaşlaşmış məktəblərinin faydalı əməkdaşlığının davam etdirilməsi, qabaqcıl təhsil ənənələrinin öyrənilməsi müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ərtafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşün keçirildiyi 18 nömrəli tam orta məktəb də Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi ilə qardaşlaşıb, qarşılıqlı faydalı əlaqələr və əməkdaşlıq münasibətləri yaradıb.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər