
"Məlumdur ki, bu gün ölkəmizdə təhsil prosesi təkcə elmi biliklərin uşaqlara ötürülməsi ilə məhdudlaşmır. Təhsil sistemi həm də uşaqların hüquqlarının qorunması, onların sağlam mühitdə tərbiyə olunması və layiqli vətəndaş kimi formalaşması kimi mühüm vəzifələri öz üzərinə götürür”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri təhsilverənlərin sertifikatlaşdırılması prosesi zamanı jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.
Komitə sədri qeyd edib ki, bu baxımdan təhsilverənlərin, xüsusən də müəllim və tərbiyəçilərimizin üzərinə böyük məsuliyyət düşür:
“Çünki onların işi yalnız bir vəzifə deyil, həm də gələcəyimizə olan məsuliyyətdir. Bu baxımdan sertifikatlaşdırma imtahanının keçirilməsi olduqca vacibdir. Çünki uşaqlarımızın sağlam və təhsilli böyüməsi müəllimlərimizin əlindədir".
Ramilə Səfərova prosesin gedişindən məmnunluğunu ifadə edib:
"Bu gün biz infoturda iştirak etdik, sertifikasiya prosesini izlədik və gördük ki, bu proses obyektiv və şəffaf şəkildə həyata keçirilir. Artıq sertifikasiyada iştirak edən müəllimlərimiz üçün hər cür şərait yaradılıb. Eyni zamanda onların zəruri ehtiyaclarının qarşılanması üçün qanunvericilik çərçivəsində müvafiq imkanlar təmin olunub. Mən göstərilən bu diqqət və qayğıya, belə bir şəraitin yaradılmasına görə təşkilatçılara öz dərin təşəkkürümü bildirirəm. Eyni zamanda sertifikasiyada iştirak edən bütün təhsilverənlərə uğurlar arzu edirəm. İnanıram ki, onlar bu sertifikasiyada yüksək nəticə əldə edəcək və uşaqlarımızın sağlam, təhsilli, təlimli böyüməsi üçün əllərindən gələni əsirgəməyəcəklər", – deyə o qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər