
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbdə müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilir.
"Azərbaycan müəllimi" burada imtahan verməyə hazırlaşan müəllimlərlə söhbət edib.
Lalə Hüseynli Abşeron rayonunun Masazır qəsəbəsindəki 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. 4 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur: "Mən 4 il bundan əvvəl MİQ imtahanında iştirak edərək yüksək balla işə qəbul olunmuşam. Əsasən, ixtisasım, keçdiyimiz mövzular üzrə hazırlaşmışam, əlavə testlər işləmişəm. Bu il bizim üçün sınaq imtahanı olmadı, keçən il təşkil edilən sınaq imtahanında iştirak etmişəm, yüksək nəticə toplamışam. Bu gün isə özümdən maksimum bal gözləyirəm".

Nəimi Nəbiyev isə Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. O da MİQ imtahanında 56 bal toplayıb və 4 ildir ki, müəllim kimi fəaliyyət göstərir: "Azərbaycan Dillər Universitetinin "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisasını bitirmişəm. Müəllimlərin işə qəbulu imtahanından yeni iştirak etdiyim üçün bu imtahandan da gözləntilərim böyükdür. Özümdən ən aşağı 55 bal gözləyirəm. Məktəbdə dərsə mütəmadi hazır olmuşam. Ümumi olaraq metodika və ixtisasım üzrə hazırlaşmışam. Çox ümid edirəm ki, nəticəm də yaxşı olacaq".

Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər