
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisas üzrə minimum 38 bal, İKT üzrə minimum 6 bal, məntiq üzrə isə minimum 10 bal toplayan namizədlər müsahibəyə cəlb olunacaqlar.
BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndəriləcək.
Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər