Bütün xəbərlər
18 iyun, 13:23

Erkən yaş dövründə olan uşaqların sosiallaşması, təməl bilik və bacarıqlar qazanması, eləcə də müstəqil şəxsiyyət kimi formalaşmasında bağçalar mühüm rol oynayır. Ölkəmizdə hər il yeni uşaq bağçaları istifadəyə verilir, eləcə də bir çoxu təmir olunur. 

“Azərbaycan müəllimi” bu yaxınlarda təmirdən sonra istifadəyə verilmiş Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasında olaraq oradakı şərait, uşaqların təhsili və digər məsələlərlə maraqlanıb.

“Təmirdən sonra uşaqların qəbulu artmağa başlayıb”

İlk olaraq bağçanın müdiri İradə Abbasəliyeva ilə həmsöhbət oluruq. Onun sözlərinə görə, dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır: “Bağça 80 yerlikdir və 1985-ci ildən fəaliyyət göstərir. 4 qrupumuz var, burada 18 nəfərlik heyət çalışır. Bağça uşaqların maraq dairəsinə uyğun dizayn edilib. Bura onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarlarla təchiz olunub, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana təmir edilib, balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb”.

İradə müəllim həmçinin qeyd edir ki, uşaqların sağlam və düzgün qidalanması onların inkişafı üçün vacibdir:

"Bağçada uşaqlar sağlam qidalarla təmin olunurlar. Gündə 3 dəfə - səhər, günorta və axşam yemək, səhərlə günorta arasındakı vaxtda isə meyvə verilir. Bağçadakı bütün uşaqlar qida qəbulu vaxtını xoş keçirirlər, bu da onların bağçaya davamlı şəkildə gəlməyini təmin edir. Uşaqlar səhər yeməyindən sonra bağçanın həyətində oynayırlar. Bu məqsədlə tikilmiş köşk geniş olduğu üçün orada oyunlar da təşkil olunur. Qrup otaqlarında isə bağçaya verilmiş oyuncaq və öyrədici materiallardan istifadə edərək səmərəli və öyrədici vaxt keçirirlər".
İradə müəllim bildirir ki, bağçada əvvəl uşaq sayı 40 nəfər idisə, təmirdən sonra bu say artmağa başlayıb.

“Uşaqlarla işləmək həm məsuliyyətli, həm də zövqlüdür”

Maraqlıdır, bəs görəsən bağçada tərbiyəçi-müəllimlər uşaqlarla işi necə qururlar? Elə bu sualla təcrübəli tərbiyəçilərdən olan Qumru Hüseynova və Qızbəs Zeynalovaya müraciət edirik. Q.Hüseynova 14, Q.Zeynalova isə artıq 10 ildir ki, burada çalışır:

“Uşaqlarla işləmək həm məsuliyyətli, həm də çox zövqlüdür. Onlarla işləyərkən, ilk növbədə, uşağın fərdi xüsusiyyətlərini, maraq dairəsini və inkişaf səviyyəsini nəzərə alırıq. Məqsədimiz təkcə onlara bilik vermək deyil, eyni zamanda, onların emosional, sosial və psixoloji inkişafını da dəstəkləməkdir. İşin əsas incəliklərindən biri uşaqlarla düzgün emosional bağ qurmaqdır. Sevgi və səbir bu işin təməlidir. Hər gün uşaqlar üçün tərtib etdiyimiz gün rejiminin bütün tələblərini reallaşdırırıq. Oyun əsaslı öyrənmə, məşğələlər arası inteqrasiya, individual yanaşma, uşaqların potensialının nəzərə alınması əsas prinsiplərimizdəndir. Bir sözlə, uşaqların hərtərəfli inkişafını təmin edirik".

Uşaq bağçası yalnız baxım və nəzarət yeri deyil. Burada həm də uşağın ilk təhsil və sosial təcrübəsini qazandığı mühit olur. Bağçada formalaşan vərdişlər və öyrənilən bacarıqlar uşağın gələcək inkişafının təməlini təşkil edir.

Şərhlər

Xəbər lenti

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda sertifikatlaşdırma imtahanı keçirilib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

18 iyun, 13:14

Sertifikatlaşdırmada maksimum bal toplayan müəllim: Dərsliklərdəki məlumatlar kifayət etdi

18 iyun, 13:06

Naxçıvanın təhsil naziri: Sertifikatlaşdırma tam şəffaf keçirilir 

18 iyun, 12:48

Mingəçevir Dövlət Universitetinin rektoru abituriyentlərlə görüşüb 

18 iyun, 12:40

Sabahın hava proqnozu açıqlanıb

18 iyun, 12:39

Müəllimlər sertifikasiya öncəsi təəssüratlarını bölüşdülər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.