Bütün xəbərlər
5 iyun, 11:55

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev iyunun 3-də Berlin şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində TÜRKSOY və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən “İnnovasiya və incəsənət mərkəzi: Türklərin dünya elm və mədəniyyətinə töhfələri” adlı konfransda çıxış edib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransda TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Nəsimi Ağayev, Almaniya Federativ Respublikasında akkreditə olunmuş Türk dövlətlərinin səfirləri, yerli və əcnəbi alimlər və tədqiqatçılar iştirak edərək Türk dünyasının dünya elm və mədəniyyətinə verdiyi töfhələr haqqında təqdimatlar edib, müzakirələr aparıblar.

“Türklərin dünya elminə töfhələri” adlı paneldə çıxış edən BSU-nun rektoru Anar Nağıyev “Elmi üfüqlər: Azərbaycan alimləri və onların qlobal təsirləri” adlı məruzəsində Azərbaycan alimlərinin qlobal elmə verdiyi geniş töhfələrdən bəhs edib. O, təqdimatında orta əsr fəlsəfəsi və astronomiyasından başlayaraq müasir dünya elminə verilmiş  nailiyyətlərə qədər zəngin tarixi trayektoriyanı əks etdirib.

Anar Nağıyev çıxışında ilk olaraq Aristotel fəlsəfəsini şərqdə inkişaf etdirən, İbn Sinanın tələbəsi olan azərbaycanlı mütəfəkkir Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin orta əsr şərq fəlsəfəsinə töhfəsindən danışaraq onun məntiq və metafizikada təməl mətni olan “Ət-Təhsil” traktatından geniş danışıb. Rektor şərq musiqi təfəkkürünü elmi cəhətdən sistemləşdirən Safiəddin əl-Urmavinin orta əsr elminə töfhəsindən bəhs edərək onun əbcəd sisteminin itirilən melodiyaları qoruyub saxlamağa imkan verdiyini bildirib.

İslam dünyasının böyük azərbaycanlı alimi Nəsrəddin Tusinin yaradıcılığından geniş bəhs edən rektor alimin astronomik və riyazi tədqiqatlarının sonrakı dövrlər üçün əhəmiyyətindən danışıb. Rektor Nəsrəddin Tusinin “Əxlaqi Nasiri” əsərinin islam fəlsəfi ənənəsində ən təsirli etik traktatlardan biri olduğunu vurğulayıb. O, Nəsrəddin Tusinin Hülakü xanın dəstəyi ilə yaradılan Marağa Rəsədxanası vasitəsilə astronomik tədqiqatlara rəhbərlik etdiyini bildirib. A.Nağıyev Nikolay Kopernikin "heliosentrik sistemi" təlimində Nəsrəddin Tusinin “Tusi cütlüyü” adlanan planetlərin hərəkətinə dair həndəsi konstruksiyasından istifadə etdiyini xüsusi vurğulayıb. Həmçinin rektor dünya elm tarixində ilk dəfə olaraq triqonometriyanı müstəqil bir sahə kimi əsaslandıran N.Tusinin riyaziyyat elminə töhfəsini qeyd edib.

Anar Nağıyev XX əsrdə Azərbaycan alimlərinin dünya elminə töhfələrindən bəhs edərək professor Yusif Məmmədəliyevin hərbi və kosmik sənaye üçün vacib olan yüksək oktanlı yanacaqların işlənib hazırlanmasını təmin edən tədqiqatlarından söz açaraq alimin Nobel mükafatına namizədliyinə yaradılmış süni əngəlləri vurğulayıb.

Rektor sovet dövründə kosmik tədqiqatların təşkilində mühüm rol oynayan Kərim Kərimovun fəaliyyətlərinin mühüm nəticələrini qeyd edib.

A.Nağıyev çıxışının sonunda qeyri-səlis məntiqi təqdim edən, klassik Airstotel məntiqinin ikili prinsiplərinə meydan oxuyan azərbaycanlı alim Lütfi Zadənin tədqiqatlarından danışaraq onun araşdırmalarının süni intellekt, avtomatlaşdırma və idarəetmə sistemlərində tətbiqində əhəmiyyətini vurğulayıb.

Tədbir TÜRKSOY tərəfindən təşkil olunan bədii hissənin nümayişi ilə yekunlaşıb.

1 /10

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.