Bütün xəbərlər
28 avqust, 12:12

Avqustun 27-də Bakı Slavyan Universitetində (BSU) fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanlarına hazırlıq məqsədilə 13 ali təhsil və 1 elm müəssisəsindən olan namizədlərlə koordinasiya görüşü keçirilib. 

BSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş 2–5 sentyabr tarixlərində mərkəzləşdirilmiş qaydada baş tutacaq imtahanların yüksək təşkilati səviyyədə keçirilməsinə hazırlığın mühüm mərhələsi kimi qiymətləndirilir.

Görüşdə BSU-nun rektoru, imtahanın təşkilində iştirak edəcək məsul şəxslər və imtahan verəcək namizədlər iştirak ediblər.

Görüşdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev doktoranturaya qəbul prosesində ədalətlilik və qərəzsizliyin qorunmasının mühüm prinsip olduğunu vurğulayıb. O, qiymətləndirmə meyarları, imtahan prosesində yerinə yetirilməli olan qaydalar və digər təşkilati prinsiplər barədə ətraflı məlumat verib.

Rektor qeyd edib ki, doktoranturaya qəbul imtahanlarının əsas məqsədi biliklərin yoxlanılması ilə kifayətlənmir, həm də ölkənin gələcək elmi potensialının formalaşdırılmasında mühüm mərhələsidir. 

“Bu imtahanlar vasitəsilə biz yalnız yeni doktorantları seçmirik, həm də Azərbaycanın elmi gələcəyini formalaşdırırıq. Gənc tədqiqatçıların elmə gətirəcəyi yeni ideyalar, innovativ yanaşmalar və araşdırmalar ölkənin intellektual inkişafına mühüm töhfə verəcək”, – deyə rektor Anar Nağıyev bildirib. 

Rektor qəbul imtahanlarında və tədqiqatçılıq fəaliyyətlərində bütün namizədlərə uğurlar arzulayıb.

Görüş zamanı namizədlərin sualları dinlənilib, onların qarşılaşa biləcəyi texniki və metodoloji məsələlərə aydınlıq gətirilib. İddiaçılara imtahanın gedişatı ilə bağlı bütün mərhələlər izah edilib və imtahan prosesinə aid yaddaş kitabçaları və digər materiallar təqdim olunub.

Koordinasiya görüşü namizədlərdə əlavə motivasiya yaradıb və onları qarşıdakı imtahan mərhələsinə daha inamlı şəkildə hazır olması üçün vacib mərhələ olduğu hesab olunub.

Qeyd edək ki, Bakı Slavyan Universitetində fəlsəfə fənni üzrə Elm və Təhsil Nazirliyinin (ETN) müvafiq əmri ilə 13 ali təhsil müəssisəsi və Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyindən 157 nəfər namizədlərin doktoranturaya qəbul imtahanları 2–5 sentyabr 2025-ci il tarixlərində mərkəzləşdirilmiş qaydada keçiriləcək.

1 /9

Şərhlər

Xəbər lenti

28 avqust, 17:45

Nazir müavini Həsən Həsənli Uqandanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

28 avqust, 17:26

Kəlbəcərdəki yeni məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq

28 avqust, 17:05

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ!

28 avqust, 16:47

Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri 114 məktəbdə çalışacaqlar

28 avqust, 16:38

25 yaşında köçkün, 57 yaşında Qarabağa qayıdan usta oldu 

28 avqust, 16:35

Qusarın poliqlot müəllimi: İndi ərəb dilini öyrənirəm, gələcəkdə başqalarını da öyrənəcəyəm – MÜSAHİBƏ

28 avqust, 15:53

Müəllimlərin məktəbdə yemək yeməsi xəbərdirmi? – ÇAĞIRIŞ

28 avqust, 15:05

“Azercell"in “Audio Kitablar” xidməti ilə kitabları hər yerdə dinləmək mümkündür

28 avqust, 14:56

Şəki-Zaqatala bölgəsində 172 məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

28 avqust, 14:50

Gürcüstanda 1,8 milyon illik insan çənəsi tapıldı

28 avqust, 14:22

Bir qrup təhsil işçisi Müəllimlərin XXI Yay İdman Oyunlarında iştirak edir

28 avqust, 14:12

182 nömrəli məktəbdən açıqlama: Görüntülər dərs vaxtı çəkilməyib

28 avqust, 13:30

Rus bölməsinin 6-cı sinifləri üçün yeni “Azərbaycan tarixi” dərsliyi hazırlanıb

28 avqust, 13:04

İlin ən möhtəşəm yarışı ICPC-nin başlamasına 3 gün qalıb!

28 avqust, 13:00

Tələbə kimi getdiyi Çikaqo Universitetindən müəllimlik təklifi aldı

28 avqust, 12:48

“Parla”nın məzunu Dövlət Proqramının iştirakçısı olub

28 avqust, 12:31

Bu il hansı yeni dərsliklər olacaq?

28 avqust, 12:20

Sabahın hava proqnozu açıqlanıb

28 avqust, 12:05

Ulduz idmançıların arxasındakı qəhrəman müəllimlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.